Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri cənab Toni Bleyrə təbriki - Bakı şəhəri, 11 iyun 2001-ci il


Hörmətli cənab Baş nazir!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Kraliçanın təvəllüdü günü münasibətilə Sizi və dost Böyük Britaniya xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Böyük Britaniya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətləri xalqları-mızın rifahına xidmət edərək daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa