Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə təkbətək görüşü - İstanbul, Azərbaycan prezidentinin iqamətgahı –«Çırağan» hoteli, 24 iyun 2002-ci il


Prezident Heydər Əliyev və prezident Eduard Şevardnadze bir-birini səmimiyyətlə salamlayaraq, yenidən görüşmələrindən məmnun qaldıqlarını bildirdilər. QDİƏT-in yubiley sammitinin işindən söhbət açan dövlət başçıları qeyd etdilər ki, ötən dövrdə bu təşkilat çərçivəsində əməkdaşlıq qonşu və dost ölkələrimiz arasında əlaqələrin dərinləşməsinə öz töhfəsini vermişdir.

Görüş zamanı prezidentlər iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişаfındаn məmnuniyyətlə söz açdılar. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının nəqli sahəsində Azərbaycanın və Gürcüstanın əməkdaşlığından, irimiqyaslı regional layihələrin gerçəkləşməsində ölkələrimizin yaxından iştirakından məmnun qaldıqlarını bildirən dövlət başçıları Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin və Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin tikintisi ilə bağlı görülən işlərdən geniş söhbət açdılar, qarşıda duran bir sıra vəzifələri ətraflı müzakirə etdilər.

Regionda mövcud olan münaqişələrdən söhbət açan dövlət başçıları onların tez bir zamanda aradan qaldırılmasının vacibliyini qeyd edərək, dinc yolla nizamlama prosesində bütün səylərin səfərbər olunmasının zəruriliyini vurğuladılar.

Ənənəvi mehribanlıq və səmimiyyət şəraitində keçən görüş zamanı prezidentlər beynəlxalq aləmdə, regionda cərəyan edən proseslər, hər iki ölkəni maraqlandıran bir sıra bаşqа məsələlər

ətrafında da fikir mübadiləsi apardılar.

AzərTAc