Polşa Respublikasının prezidenti zati-aliləri cənab Aleksandr Kvasnevskiyə - Bakı şəhəri, 1 may 2000-ci il


Hörmətli cənab prezident!

Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə sizi və dost Polşa xalqını səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında təşəkkül tapmış münasibətlərin inkişafını yüksək qiymətləndirirəm.

İnanıram ki, ölkələrimiz arasındakı əlaqələr genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və daimi tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 3 may 2000-ci il.