Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Astana hava limanında qarşılanma mərasimindən sonra jurnalistlərin suallarına cavabı - 9 iyun 1998-ci il


Sual: Cənab prezident, Qazaxıstana səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

Cavab: Mən buraya dostumun - prezident Nursultan Nazarbayevin dəvəti ilə türkdilli dövlətlərin zirvə görüşündə, habelə Qazaxıstanın yeni paytaxtının təqdimatına həsr olunmuş şənliklərdə iştirak etməyə gəlmişəm. Bu tədbir çox böyük əhəmiyyəti olan hadisədir. Türkdilli dövlətlərin başçılarının görüşləri, demək olar, altı ildir keçirilir və yaxşı ənənəyə çevrilmişdir. Lakin Qazaxıstan paytaxtının təqdimat mərasimi böyük tarixi hadisədir. Bununla əlaqədar mən qazax xalqının, Qazaxıstanın, onun prezidenti Nursultan Nazarbayevin sevincinə şərikəm. Təbrik edirəm. Bütün Qazaxıstan vətəndaşlarına, Astana şəhərinin bütün sakinlərinə səadət, firavanlıq və uğurlar arzulayıram.

Sual: Heydər Əliyeviç, necə bilirsiniz, yeni Qazaxıstanın inkişafı üçün Astananın nə kimi əhəmiyyəti olacaqdır?

Cavab: Hesab edirəm ki, bu ideya özlüyündə dahi bir ideyadır və şadam ki, o, həyata keçirilir. Əminəm ki, bunun bütün Qazaxıstanın çoxtərəfli, ahəngdar, geniş miqyaslı inkişafı üçün çox böyük əhəmiyyəti olacaqdır.

Tarixi arayış

MÜSAHİBƏLƏR