Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin kralı əlahəzrət V Heralda təbriki - Bakı şəhəri, 11 may 2001-ci il


Əlahəzrət!

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və dost Norveç xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Norveç arasındakı münasibətlərin hərtərəfli inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa