Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Finlandiya Respublikasının Prezidenti zati-aliləri xanım Tarya Halonenə təbriki - Bakı şəhəri, 26 noyabr 2001-ci il


Hörmətli xanım Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Finlandiya xalqını ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Finlandiya arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa