Dövlət Mükafatları laureatı, General - leytenant Kərim Kərimova - Bakı şəhəri, 10 noyabr 1997-ci il


Əziz Kərim Əliyeviç!

Anadan olmağımızın 80 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Kosmik elmin və texnologiyanın yaranmasına, kosmosun fəthi sahəsində bir çox layihələrin həyata keçirilməsinə Sizin verdiyiniz töhfəni yüksək qiymətləndirirəm. Sizin fədakar əməyiniz, təşkilatçılıq istedadınız və yüksək mənəvi keyfiyyətləriniz. Sizə layiqli nüfuz və ictimai hörmət qazandırmışdır.

Məmnuniyyətlə qeyd edirəm ki, Siz bütün bu illərdə doğma Azərbaycanla əlaqələri kəsməmisiniz, respublikamızda kosmik elmin texnologiyasının təşəkkülünə və inkişafına kömək etmisiniz. Xidmətlərinizi nəzərə alaraq, müstəqil Azərbaycan Respublikası Sizi "Şöhrət" ordeni ilə təltif etmişdir. Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür, ailənizə səadət və əminamanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.