Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına yola düşməzdən əvvəl Binə beynəlxalq hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 30 yanvar 2002-ci il


Biz sizinlə iki gün bundan öncə görüşmüşük. Çox ətraflı danışmışq. Bu iki gundə yeni bir şey baş verməyibdir. Sadəcə, bu səfər əvvəldən nəzərdə tutulmuşdu, mən bu gun Nyu-Yorka gedirəm. Davos İqtisadi Forumu, hər il bu vaxt Davosda, İsveçrədə keçirilir. Bu il isə 2001-ci il sentyabrın 11-də baş vermiş hadisılırı görı Nyu-Yorkda keçirilir. Yıni o şəhərə, oranın sakinlərinə mənəvi dəstək göstərmək üçün Davos Forumunun rəhbərləri illik iclası Nyu-Yorkda keçirməyi qərara almışlar. Mən oraya dəvət almışam və gedirəm. Başqa elə bir şey yoxdur. Təbiidir ki, əsas iqtisadi məsələlərdir, Azərbaycana investisiyaların cəlb olunmasıdır. Müəyyən şirkətlərlə görüşlər olacaqdır. Orada bir çox dövlət xadimləri - prezidentlər, xarici işlər nazirləri olacaqdır. Hansılarla ki, bizim yenidən görüşməyə ehtiyacımız var, mən onlarla da görüşəcəyəm. Başqa hec bir şey yoxdur. Mənim beş dəqiqə vaxtım var. Kimin tutarlı sualı varsa, versin.

Sual: Cənab Prezident, Amerika Birləşmş Ştatları 2002-ci maliyyə ilində Azərbaycana yardımı artırmışdır. Hətta hərbi yardımdan da söhbət gedir. Ümumiyyətlə, bu məsələyə münasibətiniz necədir, hərbi yardım ola bilərmi?

Cavab: Bilirsiniz, bu məsələni bizim bəzi politoloqlar şişirdirlər, həqiqətdən kənar şeylər danışırlar. Sizin də fikrinizi yayındırırlar, cəmiyyətin də fikrini yayındırırlar. Hərbi yardımın müəyyən çərçivələri var. Mən dünən ABŞ dövlət katibinin müavini Elizabet Consu qəbul edirdim. İndi burada Amerikanın səfiri ilə 15 dəqiqə söhbət etmişəm. Müəyyən proqram olacaq, ancaq onu həyata keçcirəcəyik. Amma sizin o mülahizələriniz ki, var, onlar əsassızdır.

Sual: Cənab Prezident, 907-ci düzəliş ləğv olunsa da, Ermənistan Azərbaycandan 40 milyon dollar artıq yardım alacaqdır. Danışıqlarınızda bu barədə söz açacaqsınızmı?

Cavab: Bilirsiniz, bu xırdaçılıqdır. Onlar çox alır, az alır. Hələ görək bizə nə düşür, ondan sonra baxacağıq, bu çoxdur, ya azdır.

Sual: Cənab Prezident, Sizin hər bir xarici səfəriniz Azərbaycanın xarici siyasətində yeni-yeni uğurlar qazandırmışdır. Bu səfərlə bağlı yeni nə gözlənilir?

Cavab: Bilirsiniz, mənim səfərlərim çoxdur. Hər bir səfərin özünün əhəmiyyəti var. Mən artəq sizə izah etdim ki, bu, Dünya İqtisadi Forumudur. Çox böyük, mötəbər bir toplantıdır. Burada bizim əsas məsələlərimiz iqtisadi inteqrasiya məsələləridir. Azərbaycana investisiyaların cəlb olunması və bu istiqamətdə başqa işlərin görülməsidir. Mən bununla məşğul olacağam. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR