Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının Rəhbərləri Şurasının V iclasının iştirakçılarına - 2 iyun 1999-cu il


Hörmətli iclas iştirakçıları!

Sizi Azərbaycan Respublikasının paytaxtında salamlayır və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının Rəhbərləri Şurasının V iclasına səmərəli iş arzulayıram.

Əminəm ki, MDB xüsusi xidmət orqanları rəhbərlərinin Bakı görüşü xalqlarımızın mənafelərinə real təhlükə doğuran mütəşəkkil cinayətkarlıqla mübarizədə birlik dövlətlərinin əməkdaşlığı prosesində yeni mərhələ olacaqdır. Bu, cinayətkarlığın transmilli xarakter daşıması ölkələrimizin demokratik və iqtisadi islahatlar, dövlət müstəqilliyini möhkəmləndirmək yolu ilə irəliləməsini təmin etmək üçün MDB dövlətlərinin təhlükəsizlik orqanlarının səylərini uzlaşdırmağın zəruriliyini şərtləndirir.

Xüsusi xidmət orqanlarının istər ikitərəfli, istərsə də çoxtərəfli əsasda həyata keçirilən qarşılıqlı fəaliyyəti özünəməqsəd olmayıb birlik dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi sahəsində konkret vəzifələrin reallaşdırılmasına xidmət edir. Ümidvaram ki, MDB-nin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanlarının Rəhbərləri Şurasının V iclası mütəşəkkil cinayətkarlıqla mübarizənin aktual məsələləri barədə geniş fikir mübadiləsi aparmaq üçün lazımi şərait yaradacaq, hüquq mühafizəsi sahəsində qarşılıqlı fəaliyyətin real imkanlarını nümayiş etdirəcək, əməkdaşlığın digər sahələrində inteqrasiya proseslərinə əlavə təkan verəcəkdir. Bu mühüm məsələlərin həllində sizə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.