Roma papası II Pavel İoann Pavel həzrətlərinə - Bakı şəhəri, 18 may 2002-ci il


Əlahəzrət!

Ad gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Siz bütün ömrünüz boyu humanizm ideallarına sədaqətlə xidmət edərək, insanlar arasında qarşılıqlı anlaşma, mərhəmət, şəfqət hisslərini, dostluq və əməkdaşlığı tərənnüm edirsiniz.

Sizə möhkəm cansağlığı, uzun ömür, müqəddəs işinizdə uğurlar diləyirəm.

Tezliklə Sizi Bakıda gözləyirəm.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 22 may 2002-ci il.