Respublikanın əməkdar incəsənət xadimi bəstəkar Şəfiqə Axundovaya - 1 iyun 1994-cü il


Hörmətli Şəfiqə xanım!

Sizi - Azərbaycan xalqının sevimli bəstəkarını şanlı yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə xoş arzularımı bildirirəm.

Sizin qoca Şərqlə opera yazan ilk qadın bəstəkar kimi tanınmağınız xalqımız ucun böyük fəxrdir. Əminəm ki, qəlblərə yol acan əzəmətli və ecazkar musiqiniz gənclərin mənəvi dünyasına saflıq və aydınlıq, əzəmət və qüdrət bəxş edəcək, xalqımızın mübarizə əzmini, qurub-yaratmaq eşqini daha da qüvvətləndirəcəkdir.

Sizə yaradıcılıq yollarında möhkəm cansağlığı, uzun ömür, yeni sənət uğurları diləyirəm.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT