Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya MDB Dövlət Başçılarının görüşünə yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibəsi - 21 oktyabr 1994-cü il


Azərbaycanın özünəməxsus mövqeyi var. Biz Müstəqil Dövlətlər Birliyinə daxil olandan sonra bu mövqeyi həmişə müdafiə etmişik və indi də müdafiə edəcəyik. Hansı məsələlər Azərbaycanın müstəqilliyinə toxunmayacaqsa və Azərbaycanın Dünya Birliyinə, dünya iqtisadiyyatına birləşməsinə, qatılmasına şərait yaradacaqsa, biz onlarla razı olacağıq, hansı məsələlər ki, bizim mənafeyimizə toxunacaq, biz buna razı olmayacağıq.

Tarixi arayış