"Utrennyaya Zvezda" ("Dan Ulduzu") "Baki-98" musiqi bayramında çıxış - Respublika sarayı 22 sentyabr 1998-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Yuri Nikolayev (Rusiya ictimai televiziyasının - ORT uşaqlar üçün "Utrennyaya zvezda" proqramının aparıcısı):  Əziz uşaqlar, indi mənə çox böyük şərəf nəsib olur deyəm ki, bu bayram xeyirxah qəlbli, uşaqlara ürəkdən məhəbbət bəsləyən bir insanın - Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyeviç Əliyevin sayəsində baş tutmuşdur. Heydər Əliyeviç, sağ olun! Sizdən xahiş edirəm uşaqlara ürək sözlərinizi söyləyəsiniz.

Heydər Əliyev:  Əziz balalar, qızlar, oğlanlar!

Mən sizi səmimi qəlbdən salamlayır, sizə öz hədsiz məhəbbətimi bildirirəm və bu gözəl bayram - uşaqların, gənclərin, istedadlarım bayramı, gözəl sənət bayramı münasibətilə sizi təbrik edirəm.

Azərbaycanım yeniyetmələrinin - qızlarının, oğlanlarının bu gün burada nümayiş etdirdikləri istedadları bir daha onu təsdiq edir ki, Azərbaycan xalqı istedadlı xalqdır, onun zəngin mədəniyyəti var, bu gün müstəqil dövləti, milli azadlığı var və Azərbaycan xalqımın bundan da gözəl gələcəyi vardır. Bu gələcək isə, əziz balalar, sizinlə bağlıdır, sizin istedadlarımızla bağlıdır. Ona görə də mən bu gün çox sevinir, həyəcan hissi keçirirəm. Sizin hamımıza qarşıdakı yolunuzda, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda uğurlar arzulayıram.

Bu gün bu əzəmətli Respublika sarayı sizin ixtiyarımızdadır. Siz onun sahiblərisiniz. Burada siz öz məharətinizi, öz istedadınızı nümayiş etdirirsiniz. Bununla da siz Azərbaycan xalqının böyük istedadmı, bugünkü gününü və gələcəyini nümayiş etdirirsiniz.

Azərbaycan xalqı istedadlarla, görkəmli insanlarla həmişə zəngin olmuşdur. Biz haqlı olaraq fəxr edirik ki, xalqımız böyük incəsənət, elm və mədəniyyət əsərləri ilə dünya sivilizasiyası zənginləşdirmişdir. Fəxr edirik ki, bizim böyük bəstəkarlarımız, musiqiçilərimiz, müğənnilərimiz, mədəniyyət xadimlərimiz var. Məhz onların yaradıcılığı əsrlər boyu Azərbaycan xalqmı ruhlandırmış və onu yeni nailiyyətlər, yeni hünərlər səviyyəsinə qaldırmışdır.

Fəxr edirik ki, bu gün müstəqil, azad Azərbaycan zəngin mədəniyyətə, zəngin elmə, çox böyük intellektual potensiala malikdir. Lakin bu gün biz daha çox əminik ki, müstəqil, azad Azərbaycanın gələcəyi daha gözəl, daha xoşbəxt olacaqdır. Bunun üçün zəmin sizsiniz, əziz uşaqlar, sizin gözəl istedadımızdır, məharətinizdir, bu gün bu gözəl salonda nümayiş etdirdiyiniz keyfiyyətlərdir.

Mən şadam və xoşbəxtəm ki, bu gün siz, Azərbaycan uşaqları ölkəmizin mədəniyyətini, incəsənətini, elmini irəlilətmək üçün, onları daha yüksəklərə qaldırmaq üçün çox böyük məharətə, çox böyük istedada maliksiniz.

Bu gün mən sizə baxdıqda, sizi dinlədikdə sevinir və heyran oluram. Ona görə sevinirəm və heyran oluram ki, siz bugünkü çıxışlarımızla öz gözəl məharətinizi, heyrətamiz istedadımızı, Azərbaycan xalqım, Azərbaycan cəmiyyətinin nə kimi zənginliyə malik olduğunu nümayiş etdirirsiniz. Bu gün siz daha çox inandırırsınız ki, biz Azərbaycanın daha gözəl gələcəyinə və Azərbaycan xalqımın daha zəngin mədəniyyətinə ümid bəsləyə bilərik.

Görünür, təsadüfi deyildir ki, ORT teleşirkətinin məşhur "Utrennyaya zvezda" "Dan ulduzu" teleproqramı MDB ölkələri arasında birinci olaraq diqqəti məhz Azərbaycana, Azərbaycan gənclərinin, uşaqlarının yaradıcılığıma, istedadına yönəltmişdir. Hesab edirəm ki, bu, bizim üçün böyük hadisədir. Bu gün siz "Utrennyaya zvezda" teleproqrama gözəl bir proqram və gözəl Azərbaycan incəsənətini təqdim etdiniz.

Şübhə etmirəm ki, bugünkü görüşün, bugünkü bayram ORT teleşirkətinin "Utrennyaya zvezda" proqramı ilə göstərilməsi Azərbaycan xalqının nə kimi istedadlara və necə gözəl gənclərə, bugünkü Azərbaycanım necə gözəl uşaqlara malik olduğunu bütün MDB ölkələrinə və zənnimcə, bütün dünya ölkələrinə nümayiş etdirəcəkdir.

Bu gün burada xüsusi ruh yüksəkliyi, sevinc və səadət mühiti hökm sürür. Bu isə hamımızı sevindirir. Əgər hazırda xalqımızın tarixin çox çətin zaman kəsiyində yaşadığını, müstəqil, suveren, demokratik, hüquqi dövlətin təşəkkülü və inkişafı ilə bağlı çox çətinliklər olduğunu nəzərə alsaq, xalqımızın on il öncə Ermənistan tərəfindən hərbi təcavüzə məruz qaldığımı, Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini, sizin kimi uşaqlarım bu müharibə nəticəsində həlak olduğunu, işğal edilmiş torpaqlardan uşaqların zorla didərgin saldığımı və onların çox ağır şəraitdə, əksəriyyətinin çadırlarda yaşadığım da nəzərə alsaq, onda təsəvvürünüzə gətirin ki, bütün bu çətinliklərə, məşəqqətlərə baxmayaraq, uşaqlarımızın təhsil alması, öz məharətini, öz istedadını göstərməsi, mahnılar oxuyub şənlənməsi, rəqs etməsi, sevinməsi və gələcəyə böyük inamla baxması böyük sevinc və fərəhdir.

İnanmıram ki, hazırda çadırlarda yaşayan uşaqlar, doğma yurd-yuvalarından didərgin salımmış uşaqlar da öz evlərinə qayıdacaqlar. Əminəm ki, işğal olunmuş torpaqlar azad ediləcək, Azərbaycanım ərazi bütövlüyü bərpa olunacaq, bölgəmizdə sülh bərqərar ediləcəkdir. Əminəm ki, sizin kimi, bütün uşaqlarımız da öz istedad və məharətini göstərmək imkanına malik olacaq, Azərbaycanın gələcəyini sizin birlikdə quracaqlar.

Yuri Aleksandroviç Nikolayev, sizə ürəkdən təşəkkür edirəm. Uşaqlar, o, sizin hamımıza "Utrennyaya zvezda" proqramdan tanışdır. Şadam ki, o, Azərbaycana, Azərbaycan uşaqlarıma, Azərbaycan incəsənətinə çox böyük diqqət göstərmiş və belə gözəl bayram təşkil etmişdir. Sizə ürəkdən təşəkkür edirəm.

Yuri Nikolayev:  Sağ olun, Heydər Əliyeviç, uşaqlara Sizin qayğımız Sizin məhəbbətiniz hədsizdir. Biz hamı-mız bu məhəbbəti bu səhnədə hiss etdik. Mən Azərbaycan uşaqları sarıdan arxayınam, çünki onların belə prezidenti var!

Heydər Əliyev: Əziz uşaqlar, mənim doğmalarım, mənim sevimlilərim, sizin hamımızı bu gözəl bayram münasibətilə bir daha və yenidən təbrik edirəm, sizə əla oxumağı, xoşbəxt həyat, daha böyük yaradıcılıq uğurları, öz məharət və istedadımızı daha yaxşı nümayiş etdirməyi arzulayıram.

Sizi gördükdə, sizi hiss etdikdə, sizin simalarımıza nəzər saldıqda inanıram ki, Azərbaycan doğru yolla gedir, Azərbaycanım gözəl gələcəyi var. Bu gözəl gələcək sizindir, siz onun qurucularımız. Sizə cansağlığı, xoşbəxtlik və təhsildə, həyatda, hər sahədə yeni-yeni uğurlar arzulayıram!

Sizi bağrıma basıram, öpürəm, sizə ən xoş arzularımı bildirirəm!

Yuri Nikolayev: Sağ olun, Heydər Əliyeviç. Sizə xoşbəxtlik, cansağlığı və bütün uşaqlarım məhəbbətini arzulayıram.

Əziz dostlar, sağ olun. Sizi bilmirəm, amma bura, Bakı mənim çox xoşuma gəldi. Biz çox istərdik ki, bu görüşlər ənənəyə çevrilişin, bir-birimizin tez-tez qonağı olaq - biz Bakıya gələk, siz bakılılar isə Moskvaya gələsiniz. Xudahafiz, yeni və çox gözəl görüşlərə qədər.

Tarixi arayış

MƏDƏNİYYƏT