Azәrbayçan Respublikasıın Prezidenti Heydәr Әliyevin Fransaya işgüzar sәfәrininbaşa çatması ilə əlaqədar jurnalistlərə müsahibəsi - Binə hava limanı, 6 mart 2001-ci il


Yәqin ki, mәtbuatdan sizә hər şey mәlumdur. Ona görә dә elә bir bәyanat vermәyә, hesab edirәm ki, ehtiyac yoxdur.

Ancaq, sadәcә, onu deyә bilәrəm ki, әvvәlcәdәn planlaşdırıldığı kimi, mart ayının

7-dә Parisdә "Marini" sarayında Koçaryanla mәnim iki saatdan artıq görüşüm keçdi. Mәsәlәni tәkbәtәk, nә o tәrəfdәn, nә dә bu tәrәfdәn heç kəsin iştirakı olmadan müzakirә etdik. Tәbiidir, görüşlər asan keçmir, gәrgin keçir. Bunun da sәbәbi mәlumdur. ona görә yox ki, hansısa tәrәf yaxşı danışıqlar apara bilir, yaxud da hansının daha çox dәlili vardır. Burada әn böyük dәlil ondan ibarәtdir ki, Ermәnistan Azәrbayçanın torpaqlarını işğal edibdir. Onlar istәyir ki, Dağlıq Qarabağa status verilsin. Biz isә status vermәk istәmirik. Status vermirik vә deyirik ki, bütün torpaqlarımızı azad edin. Ola bilәr, üstünlük onların tərəfindә olubdur, buna görә dә onlar deyirlәr ki, vermirsizsә, onda belә vәziyyәtdә qalaq.

Sәfәrimin ikinci günü, mart ayının 5-dә sәhәr saat 10.30-da Yelisey sarayında prezident Şirakla görüşdüm. 35 dəqiqә tәkbәtәk söhbәt etdik. Jak Şirak bir o qәdәr dә Koçaryanla görüşdü. Onların görüşü qurtarandan sonra mәni Yelisey sarayına dәvәt etdilər. Orada bizim üçtәrәfli görüşümüz keçdi - prezident Jak Şirak, prezident Koçaryan, bir dә mәn. Yenә dә heç bir kəs iştirak etmirdi. Yalnız prezident Şirak xahiş etdi ki, onun şәxsi katibinә görüşdә iştirak etmәyә icazә verilsin ki, o, müәyyәn qeydlәr edә bilsin. Buna da mәn razı oldum, yәni hәr ikimiz razı olduq. Orada bizim danışığımız tәxminәn üç saat çәkdi. Bu da çox mürәkkәb vә gәrgin keçdi. Әlbәttә, Minsk qrupunun hәmsәdrlәrindәn biri kimi Fransanın prezidenti Jak Şirak çalışır ki, mәsәlәnin hәll olunması üçün yollar tapılsın. Müxtәlif variantlar müzakirә olundu. Ancaq o, hәr dәfә deyirdi, bu dәfә dә dedi ki, mәn heç bir tәrәfә tәsir etmәk istәmirәm, sadәcә, öz fikirlәrimi deyirәm. Hәr tәrәf bu barәdә tamamilә sәrbәstdir, mәnim fikrimi qәbul edә bilәr, ya qәbul edә bilmәz. Bununla da belә çıxır ki, heç bir konkret nәticәyә gәlә bilmәdik.

Әvvәllәr dә demişәm, danışıqlarda kompromislәr mühüm yer tutur. Burada da bir irәlilәyiş yoxdur. Ermәnistan tәrәfi narazılıq bildirdi ki, biz birtәrәfli olaraq gizli sәnәdlәri dәrc etdirmişik. Dedim, bağışlayın, burda elә bir şey yoxdur. Çünki onlar artıq mәxfiliyini itiriblәr. 0, dedi ki, gәrәk, bizә deyәydiniz, biz dә dәrc edәrdik, çünki bizim ictimaiyyәt dә bu barәdә çox narahat oldu. Mәn dedim ki, burada bizim heç bir öhdәliyimiz yoxdur. Ona görә dә bunun heç bir әhәmiyyәti yoxdur.

Eyni zamanda Koçaryanın danışıqlarından görünür ki, onlar bizim respublikamızda gedәn proseslәri vә vәziyyәti dә öyrәnir vә bilirlәr. Milli Mәçlisin içlasını başdan ayağa, - yәqin onlarda televiziya lent yazısı var, - tәhlil ediblәr, hәtta öyrәniblәr. ATӘT-in sәdri burada olarkәn, - o, Yerevandan buraya gәlmişdi, - mәnә dedi ki, Koçaryan sizin nitqinizin hәr cümlәsini yox, hәr bir sözünü özü üçün tәhlil edibdir. Bunları da onlar mәnә dedilәr.

Eyni zamanda onlar Azәrbaycanda müharibә әhval-ruhiyyәsini dә bilirlәr. Yәni mәsәlәnin hәrb yolu ilә hәll olunması haqqında fikirlәri. Eyni sözlәri mәnә Şirak tәkbәtәk görüşdә dә dedi, sonra üçümüz bir yerdә olanda da dedi. 0, tәkbәtәk görüşümüzdә dedi ki, bütün son günlәr Azәrbaycanda olan proseslərin hamısını bilirəm. Sәnin - yәni mәnim parlamentdә nitqini dә bilirәm, parlamentdә olan әhval - ruhiyyәni dә bilirәm, respublikadakı әhval-ruhiyyәni dә bilirәm, bunların hamısını bilirәm. Yәni bizi çox izlәyirlәr vә prezident Şirakın bizimlә apardığı söhbәtlәr tәk onun deyil, indi hәmsәdrlәr, yәni dövlәt başçıları - Fransa, Rusiya vә Amerika Birlәşmiş Ştatları bu barәdә çox intensiv әlaqә saxlayırlar.

Mәsәlәnin hәll olunması üçün sәylәr göstәrirlәr. Әvvәlki vaxtlara nisbәtәn çox sәylәr göstәrirlәr. Hәmsәdrlәrin nümayәndәlәri Parisdә idilәr. Düzdür, onlar danı-şıqlarda iştirak etmirdilәr, ancaq hәr halda kәnardan vәziyyәti izlәyirdilәr. Onlar üçün nә mümkündürsә, öyrәnmәyә çalışırdılar.

Belәliklә, bu görüşün elә bir konkret nәticәsi yoxdur. Ona görә dә mәn sizә bundan artıq konkret heç bir şey deyә bilmәrәm.

Sual: Cәnab prezident, biz sizin, Jak Şirakın vә Robert Koçaryanın mәtbuat kon-fransına televiziya ilә baxdıq. Jak Şirak belәbir ifadә işlәtdi ki, bu ilin sonuna qәdәr problemin sülh yolu ilә hәlli mümkündür. Bu sözlәri demәyә hansı әsaslar vardır?

Cavab: Bәli, o, bu sözü deyibdir. Bu, tәkcә onun fikri deyil, eyni zamanda Rusiya prezidentinin, Amerika prezidentinin fikridir. Onların hamısının fikridir ki, bu il münaqişәni sülh yolu ilә hәll edәk. Onların әsasları odur ki, әgәr Ermәnistan vә Azәrbaycan danışıqlar nəticəsindә bu barәdә eyni fikrә gәlә bilsәlәr.

Sual: Cәnab prezident, Robert Koçaryanın mövqelәrindә tәkbәtәk danışıqlar zamanı yumşalma hiss olunurdumu? Siz demişdiniz ki, tәklif aparmırsınız, tәklifi Ermәnistandan gözlәyirsiniz. Ermәnistan prezidenti konkret olaraq hansı tәkliflәr üzәrindә dayanır?

Cavab: Bilirsiniz, bunların heç birini mәn sizә aça bilmәrәm. Ancaq mәn bunu bizim Milli Mәclisdә dә demişәm, indi dә deyirәm: Ermәnistan tәrәfinin, Robert Koçaryanın әlindә daha çox ümidlәr var, nәinki bizim. Bizim әlimizdә beynәlxalq hüquq normaları var, Birlәşmiş Millәtlәr Təşkilatının qәtnamələri var. Bunları indiyә qәdәr Ermәnistan saymayıbdır vә saymır. Onların әlindә isә gedәn müharibə nәticəsindә Azərbaycanın işğal olunmuş torpaqları - Dağlıq Qarabağ və onun әtrafındakı yeddi rayon var.

Bizim bir milyon qaçqınımız var, - düzdür, onlar 800 min deyirlәr, çünki 200 mini dә Ermәnistandan gәlәnlәr hesab olunur, - bunlar çadırlarda yaşayırlar. Onların isә dediklәrinә görә, guya Azәrbayçandan ümumiyyәtlә, 350 min ermәni gedibdir. Amma tam әksәriyyәti Ermәnistanda deyil, Rusiyada, başqa ölkәlәrdә yerlәşir. Son illәrdә çoxları Amerika Birlәşmiş Ştatlarına, Avropa ölkәlәrinә gediblәr. Ona görә dә biz eyni vәziyyәtdә deyilik. Onlar da bunu görürlәr. Onlar görürlәr ki, bizim işğal olunmuş torpaqlardan qaçqınlar çadırlarda yaşayırlar vә biz istәyirik ki, onlar öz yerlәrinә qayıtsınlar. Onlar bunu görürlәr. Onlar tutduqları mövqelәrdә güclü müdafiә sistemi yaradıblar. Düzdür, biz dә yaratmışıq. Onlar ancaq müdafiә qüvvәlәri yaradıblar. Biz dә. Amma әgәr müharibә әhval-ruhiyyәsi olsa, bizim üçün tәkçә müdafiә yox, gәrәk hücum qüvvәlәri dә olsun. Bu barәdә dә ölkәmizdә işlәr gedibdir. Tәbiidir ki, bütün bunlara görә danışıq çәtindir.

Sual: Cәnab prezident, Siz dediyiniz kompromislәr әsasәn nәyi әhatә edir? Sülhün әldә edilmәsi üçün onların hansını mәqbul hesab edirsiniz.

Cavab: Dedim ki, mәndәn bu sözlәri soruşmayın.

Sual: Cәnab prezident, növbәti, daha bir görüş haqqında razılığa gәldinizmi?

Cavab: İndi elә bir qәrar qәbul etmәdik. Ancaq, ümumiyyәtlә, ümumi fikir belә idi, gәrәk ki, Jak Şirak da elan etdi ki, bu görüşlәr davam etmәlidir.

Sual: Cәnab prezident, ermәni tәrәfi iddia edir ki, danışıqların növbәti mәrlәsindә guya Dağlıq Qarabağın ermәni icması da iştirak edәcәkdir. Bu nә dәrәcәdә  qiqәtә uyğundur?

Cavab: Yox, doğru deyildir.

Sual: Cәnab prezident, vaxtilә ölkәmizdә xarici siyasәtlә mәşğul olmuş bir sıra şəxslәr belә fikir irәli sürürlәr ki, respublikamızın indiki reallığında ATӘT-in Minsk Qrupunun mәrlәli ll tәklifi ilә münaqişәnin aradan qaldırılmasına müәyyən dәrәcәdә nail olmaq olar. Siz bununla razılaşırsınızmı?

Cavab: Axı siz sual verirsiniz, o adamlar da deyirlәr. Biz bu mәrhәlәli hәllә 1997ci ildә razılıq vermişdik. İndi bәzәn, elә mәnim әtrafımda olanlar deyirlәr ki, gәlin, mәrhәlәli hәll haqqında tәklifi qәbul edәk. Bu 1997-ci ilin sentyabr ayında, - sizә dәqiq deyirәm, - bizә tәqdim olunmuşdu. Tәqdim olunan kimi biz bunu qәbul etmişdik ki, onun әsasında danışıqlar apara bilәrik. Amma Ermәnistan bunu rәdd edibdir. Bir də yadınıza salıram ki, hәr şeyi bilәsiniz vә onun әsasında da suallarınızı formalaşdırasınız. Mәn istәyirәm ki, bizim mәtbuat işçilәrimiz yaxşı, mәzmunlu suallar versinlәr, yaxşı cavablar alsınlar. Belә boş sual verilәndә, düzü, ona cavab vermәyә mәnim hәvәsim gәlmir. Mәzmunlu sual olanda mәn ona cavab vermәk istәyirәm ki, bu vasitә ilә ictimaiyyәtә nә isә çatdırım.

Hәmin o mәrhәlәli tәklifi biz qәbul etdik, Ermәnistan rәdd etdi. Sonra Ermәnis-tanın keçmiş prezidenti Levon Ter-Petrosyan ilin tәxminәn axırına yaxın bu tәklifin qәbul olunmasını mәqbul hesab etdi. Bunu öz mәtbuatında verdi, çıxış etdi. Moskvada "Nezavisimaya qazeta"da böyük bir mәqalә dәrc etdi. Bu proses orada başladı. Mәn bunu demişәm. 1998-ci ilin yanvar ayının әvvәlində Jak Şirakla telefonla danışırdım, mәnә telefon etmişdi. Dedi ki, Ter-Petrosyan buraya gәlmişdi, - orada onların hansısa sәrgisi vardı, - mәn onunla danışırdım, o, mәrhәlәli hәlli qәbul edir. Gedir Yerevana, orada Tәhlükәsizlik Şurasının iclasını keçirәcәk vә bunu qәbul edәcәkdir. Sonra mәnә xәbәr verәcәk, mәn sizә telefon edәcәyәm, ondan sonra danışığa başlayacaqsınız.

Hәqiqәtәn, bu adam getdi Ermәnistanın Tәhlükәsizlik Şurasında ozünün bu fikrini irәli sürdü vә axıra qәdәr bu fikrin üzәrindә durdu. Ancaq indiki prezident vә başqaları onun әleyhinә çıxdılar. Elә oldu ki, o, istefa vermәyə mәcbur oldu. İndi yenidәn kimsә, bәzi adamlar deyirlәr ki, biz ona gedә bilәrik, - guya ki, bizә necə deyәrlәr, böyük bir yardım edirlәr.

Sual: Cənab prezident, keçәn dәfә Siz dediniz ki, bir vaxt vilayәt muxtariyyәtinә razılaşmayan Dağlıq qarabağlıları indi buna razı salmaq real gorünmür. Robert Koçaryan son tәklif kimi Dağlıq Qarabağa hansı muxtariyyәti istәyir?

Cavab: Onlar heç bir muxtariyyәt istәmirlәr, yalnız müstәqillik istәyirlәr.

Sual: Cәnab prezident, Sizin qәnaәtinizә görә,  Azәrbaycan bundan sonra hansı siyasәt xәttini davam etdirәcәkdir?

Cavab: Hansı siyasәt xәttini davam etdirәcәyimizi mәn bilirәm, onu mәn sizә deyә bilmәrәm.

Sual: Cәnab prezident, Ermәnistanın kompromisә getmәsi üçün hansı addımlar atıla bilәr?

Cavab: Onları da mәn bilirәm.

Sual: Cәnab prezident, Vladimir Putin Bakıda olarkәn demişdir ki, Rusiya bu mü-naqişәnin llindә maraqlıdır. Hәmsәdr kimi onların işini passiv adlandırmaq olar, yoxsa fәal?

Cavab: İndi fәaldırlar, passiv deyildirlәr. Ancaq bir şeyi bilmәlisiniz: bu hәm-sәdrlәrdәn heç biri, - bunu mәn bizim Milli Mәclisin iclasında da demişәm, bu dәfә bir daha gördüm, - Ermәnistanı mәcbur etmir ki, mәsәlәnin hәll olunması üçün onlar hansısa tәlәblәrindәn geri çәkilsinlər.

Sual: Cәnab prezident, әgәr Minsk Qrupu özünün vasitәçilik missiyasının öhdәsindәn gәlәbilmirsә, bu formatda danışıqların davam etdirilmәsi nә dәrәcәdә mәqsәdә uyğundur?

Cavab: Bəs nə etmәli? axı nә etmәli? Başqa heç nә yoxdur. hәr şeyi dayandırıb, status-kvonu saxlamaq, vәssalam?

Sual: Cәnab prezident, bu görüşdәn sonra ATӘT-in Minsk Qrupundan yeni tәklif gözlәmәk olarmı?

Cavab: İnanmıram, görәk.

Sual: Cәnab prezident, Siz Dünya Bankının regional rәhbәrliyi ilә görüşәndә demişdiniz ki, mart ayında ciddi struktur islahatları edәcәksiniz. min islahatları bu ayda gözlәmәk olarmı?

Cavab: Bəli, edәcәyik. Sağ olun.

Tarixi arayış