Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Konstantinos Stefanopulosa - 24 mart 2000-ci il


Hörmətli cənab prezident!

Yunanıstan Respublikasının Müstəqillik günü bayramının ildönümü münasibətilə Sizi və xalqınızı ürəkdən salamlayır və təbrik edirəm.

Mən ölkələrimiz və xalqlarımız arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında əlaqələr genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edəcəkdir.

Cənab prezident, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza səadət və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 25 mart 2000-ci il.