Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Niderland Kraliçası ülyahəzrət Beatriksə təbriki - Bakı şəhəri, 27 aprel 2001-ci il


Ülyahəzrət!

Niderland Krallığının milli bayramı – Kraliça günü münasibətilə Sizi və dost Niderland xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Niderland arasındakı mövcud dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da xalqlarımızın mənafeyi naminə inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

 

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa