Slovakiya Respublikasının Prezidenti zati-aliləri cənab Rudolf Şusterə - Bakı şəhəri, 27 avqust 2002-ci il


Hörmətli cənab prezident!

Slovakiya Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasındakı əlaqələr daim genişlənərək xalqlarımızın rifahına öz töhfəsini verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 1 sentyabr 2002-ci il.