Gürcüstan Prezidenti zati-aliləri cənab Eduard Şevardnadzeyə - Bakı şəhəri, 10 aprel 2000-ci il


Əziz Eduard Amvrosiyeviç!

Gürcüstan prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.

Prezident seçkilərində sizin qələbəniz ölkənin müstəqilliyi və suverenliyinin möhkəmlənməsinə, cəmiyyətin demokratikləşdirilməsinə, bazar islahatları aparılmasına, Dünya Birliyi ilə inteqrasiyaya yönəldilmiş xəttinizin qardaş Gürcüstan xalqı tərəfindən dəstəkləndiyinə inandırıcı sübutdur.

Əminəm ki, ölkələrimiz arasındakı ənənəvi dostluq, mehriban qonşuluq və tərəfdaşlıq münasibətləri xalqlarımızın mənafeləri, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövlət fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.