Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin «TRT-1» televiziya kanalının müxbirinə müsahibəsi - Ankara, Azərbaycan Prezidentinin iqamətgahı - «Hilton» mehmanxanası, 28 oktyabr 1998-ci il


Sual: Azərbaycanın sayın cümhur başqanı Heydər Əliyev, Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi bayramında Türkiyə xalqına və dövlətinə nə arzu edərdiniz?

Cavab: Türkiyə Cümhuriyyətinin 75 illik yubileyi tarixi bir hadisədir və bu, türk xalqının, Türkiyə Cümhuriyyəti vətəndaşlarının böyük bayramıdır. Eyni zamanda Azərbaycanın da bayramıdır. Azərbaycan xalqının da bayramıdır. Çünki bizim xalqlarımızın dostluğu və qardaşlığı böyük tarixə malikdir və bu dostluq və qardaşlıq daha da genişlənməli, daha da inkişaf etməlidir.

Bu bayram günündə mən arzu edirəm ki, Türkiyə, türk xalqı daha da xoşbəxt olsun. Türkiyəyə daha da firavan gələcək arzulayıram və əsas da onu arzulayıram ki, indiyə qədər olduğu kimi, bundan sonra da Türkiyə, türk xalqı böyük öndər Mustafa Kamal Atatürkün yolu ilə getsin. Çünki 75 il öncə bu cümhuriyyəti yaradan Mustafa Kamal Atatürk olmuşdur. Türk xalqı 75 il bu Cümhuriyyətin içində böyük xoşbəxtlik əldə etmişdir, böyük nailiyyətlər əldə etmişdir. 

Mən əminəm ki, Türkiyənin çox parlaq gələcəyi vardır və bu gələcək də uğurlu olmalıdır. Yəni Mustafa Kamal Atatürkün yolu ilə getməsi türk xalqını daha da yüksəklərə qaldıracaqdır.

Müsahibəni «TRT-1» televiziya kanalının müxbiri Kaya Yurdqala aparmışdır

Tarixi arayış

MÜSAHİBƏLƏR