Hörmətli cənab Prezident!
Zuq şəhərində yerləşən Zuq kantonunun Parlament binasına edilmiş basqın nəticəsində insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu faciəli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün İsveçrə xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti