Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət başçılarının Zirvə toplantısında iştirak etmək üçün yola düşərkən Binə hava limanında jurnalistlərə müsahibəsi - 24 oktyabr 1996-cı il


Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaşlıq Təşkilatı artıq öz müsbət nəticələrini verir və göstərir ki, bu çərçivədə yaxşı əməkdaşlıq etmək olar. Bu təşkilat yarananda bəlkə də onun haqqında fikirlər müxtəlif idi. Bu iqtisadi təşkilat artıq özunün çox zəruri, lazımlı və gələcəyi olduğunu sübut edibdir. Biz bu təşkilatla əməkdaşlıq edərkən şübhəsiz ki, bir çox problemlərimizi həll edəcəyik. Qara dəniz hövzəsində olan ölkələrin hamısı ilə bizim six əlaqələrimiz, iqtisadi əməkdaşlığımız var. Ancaq bu çərçivədə əməkdaşlıgı daha da genişləndirmək olar. Odur ki, biz, şəxsən mən bu təşkilatın fəaliyyətinə yüksək qiymət verirəm və ona göra də Zırvə görüşünə gedirəm. Bu təşkilatın üzvü olan dövlətlərin başçılarının hamısı orada olacaqlar. Biz qarşıda duran məsələləri müzakirə edəcəyik. Hesab edirəm ki, belə bir müzakirə təşkilatın işinin fəallaşmasına, canlanmasına kömək edəcəkdir.

Sual: Cənab Prezident, ATƏT-in Lissabon Zirvə görüşünə az vaxt qalır. Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün bu ərəfədə konkret təklif üzərində iş gedirmi və qarşıdakı danışıqlarda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə məsələ müzakirə olunacaqmı?

Cavab: Biz çalışırıq ki, Ermənistan da, bütün ölkələr də Azərbaycanın ərazi bütövlüyünü tanısınlar. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, təkçə Ermənistan tanımır. Güman edirəm ki, tanımağa məcbur olacaqlar.

Bəlkə də Ermənistan Prezidenti Ter-Petrosyan ilə mənim Moskvada görüşüm, müzakirələrimiz olacaqdır. Çünki qarşıda duran müddət bizim üçün çox əhəmiyyətlidir. Dekabrın əvvəlində Lissabonda ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Zirvə görüşü olacaqdır. Həmin görüşə qədər biz gərək Ermənistan - Azərbaycan münaqişəsinin həll olunması ilə əlaqədar yeni bir addım ataq. Yenə də deyirəm, bəlkə də bununla əlaqədar mənim Ter-Petrosyanla görüşüm oldu.

Sual: Cənab Prezident, Moskvada Rusiya Federasiyasının rəhbərləri ilə Sizin ikitərəfli görüşləriniz olacaqdırmı?

Cavab: Bilirsiniz, vaxt azdır, amma bu görüşlərə həm imkan, həm də istək çoxdur. Hansının mümkün olacağını deyə bilmərəm, baxarıq.

Sual: CənabPreziderıt, Orta Asiya dövlətlərinin Qara Dəniz Hövzəsi İqtisadi Əməkdaslıq Təşkilatına qoşulması barədə təklif vermisiniz. Bu barədə nə deyə bilərsiniz?

Cavab: Bəli, mən Daşkənddə belə bir təklif verdim. Qazaxıstan və Özbəkistan respublikalarının rəhbərləri buna çox maraq göstərirlər. Yəqin ki, sabah Moskvada da mən bu təklifi irəli sürəcəyəm. Ola bilər ki, onlar gələcəkdə bu işə qoşulsunlar.

Tarixi arayış

MÜSAHİBƏLƏR