Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Mark Dalinə - 21 aprel 1996-cı il


Hörmətli Mark Aleksandroviç!

Sizi - Azərbaycanın qocaman alimini, əməkdar elm xadimini, neft-kimya sənayesinin banilərindən birini anadan olmağınızın 90 illiyi münasibətilə təbrik edirəm.

Siz bütün ömrünüzü Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən neft-kimya məhsullarının sənaye istehsalının elmi əsaslarının işlənməsinə sərf etmişsiniz. Çoxsaylı elmi əsərləriniz və ixtiralarınız Azərbaycan və dünya elminin inkişafına xidmət etmişdir.

Fitri istedad, yüksək təşkilatçılıq bacarığınız sayəsində siz böyük nüfuzu olan alim, istehsalat rəhbəri və ictimai xadim kimi tanınmışsınız. Azərbaycan elmi kadrlarının yetişdirilməsində də sizin zəhmətiniz əvəzsizdir. Bu gün Azərbaycanın neft-kimya sahəsində çalışan alim və mütəxəssislərin böyük qismi sizin yetirmələrinizdir.

Əziz Mark Aleksandroviç, bir daha sizi ürəkdən salamlayır, möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, bütün niyyətlərinizin gerçəkləşməsini diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.