Xorvatiya Respublikasının prezidenti seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm.
Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında təşəkkül tapmış münasibətlərə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti.