Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləimiş Ştatlarının Prezidenti Corc Buş ilə görüşdən sonra Ağ Evin qarşısında jurnalistlərin suallarına cavabı - Vaşinqton, 9 aprel 2001-ci il


Sual: Cənab Prezident, Corc Buşla görüşünüz necə keçdi?

Cavab: Görüş çox yaxşı keçdi. Mən çox razıyam. Biz ilk öncə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli münasibətlərlə bağlı məsələlər barəsində fikir mübadiləsi apardıq. Bir daha təsdiq etdik ki, münasibətlərimiz strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığımızı bu ruhda da davam etdirəcəyik. Biz Xəzər hövzəsinin enerji ehtiyatlarından istifadə məsələlərini də müzakirə etdik. Əlbəttə, keçmiş Sovetlər İttifaqına daxil olan indiki müstəqil dövlətlərə Amerika Birləşmiş Ştatlarının göstərdiyi yardımın Azərbaycana da göstərilməsinə mane olan ədalətsiz 907-ci maddəyə, Konqresin qərarına da toxunduq. Lakin başlıca məsələ, şübhəsiz, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ hərbi münaqişəsidir və biz bu məsələ barəsində ətraflı fikir mübadiləsi apardıq. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Amerika Birləşmiş Ştatları bu məsələnin dincliklə nizama salınması üçün məsuliyyət daşıyır. Biz Amerika Birləşmiş Ştatlarının, eləcə də digər həmsədrlərin bu istiqamətdə fəaliyyətinin gücləndirildiyinə ümid bəsləyirik.

Sual: Cənab Prezident, Ki-Uest danışıqlarından və Corc Buşla görüşünüzdən sonra Azərbaycanla Ermənistan nə qədər sülhə yaxın oldular?

Cavab: Onu ölçməyə mənim hələ vaxtım olmayıbdır. 

Tarixi arayış

MÜSAHİBƏLƏR