Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İslandiya Respublikasının Prezidenti zati-aliləri cənab Olavur Raqnar Qrimssona təbriki - Bakı şəhəri, 9 iyun 2001-ci il


Hörmətli cənab Prezident!

İslandiya Respublikasının milli bayramı - Respublika-nın elan edilməsi günü münasibətilə Sizi və dost İslandiya xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə İslandiya Respublikası arasında təşəkkül tapmaqda olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa