Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankara bəyannaməsinin imzalanması mərasimindən sonra Türkiyə Böyük Millət Məclisinin sədri Hikmət Çətinin adından təşkil edilmiş ziyafətdə Rusiya telekanalının "Vesti" informasiya proqramının Bakı müxbirinə müsahibəsi - 29 oktyabr 1998-ci il


Sual: Ankara bəyannaməsi qəbul edildikdən sonar növbəti addımlar necə olacaqdır?

Heydər Əliyev: Biz bəyannaməni imzalayarkən siz orada idiniz?

Müxbir: Əlbəttə, orada idim.

Heydər Əliyev: Bu, tarixi hadisədir. Mən artıq demişəm, - əgər siz mənim nitqimi dinləmisinizsə, təkrar etməyəcəyəm, - biz dörd il bu işlə məşğul olmuşuq, bu bəyannaməyə doğru irəliləmişik. Bu gün isə, bir baxın, onu nə qədər dövlət imzaladı. Əvvəllər bu barədə yalnız bizimlə Türkiyə danışırdı. İndi isə Gürcüstan, Qazaxıstan, Özbəkistan da bizə qoşulmuşlar. Hesab edirəm ki, bu gün Türkmənistan da, əlbəttə, Amerika Birləşmiş Ştatları da qoşulacaqlar.

Sual: Bəs bu məsələdə Rusiya hansı siyasəti yeridir?

Cavab: Bildiyiniz kimi, biz Rusiya ilə Bakı-Novorossiysk neft kəmərinə malikik. Mən onun barəsində bu gün danışdım. Biz bu neft kəməri ilə nefti Rusiya limanına göndəririk. Odur ki, Rusiya vəziyyəti, zənnimcə, düzgün qiymətləndirir. Bizim çoxlu neftimiz var və onun hamısını Rusiya vasitəsilə buraxmaq mümkün deyildir. Bu gün dediyim kimi, bizdən başqa, Qazaxıstan da böyük imkanlara malikdir. Ona görə də bu neft kəməri zəruridir.

Sual: Cənab prezident, konkret tikinti nə vaxt başlanacaqdır?

Cavab: Yəqin ki, tezliklə. Biz maliyyə məsələlərini həll edəcəyik. Ona görə ki, mən orada dedim, konsorsium etiraz edir, maliyyə-iqtisadi məsələləri ön sıraya çəkir. Lakin, zənnimcə, orada hesablamalarda fikir ayrılıqları var.

Müxbir: Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR