Azərbaycan Prezidenti Heydər Əliyevin MDB Ölkələri Dövlət Başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə Hava Limanında kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavabı - 1 aprel 1999-cu il


Sual: Cənab Prezident, MDB ölkələri dövlət başçılarının Moskva zirvə görüşündə hansı məsələlər müzakirə olunacaqdır?

Cavab: Müzakirə ediləcək məsələlər çoxdur. Əsas məsələ MDB-nin işinin təkmilləşdirilməsi ilə əlaqədardır. Bilirsiniz ki, keçən ilin aprel ayında qəbul etdiyiniz qərardan sonra keçirilmiş forumda müəyyən təkliflər hazırlanıbdır. Biz həmin təkliflərə baxacağıq. Bu təkliflər MDB-nin strukturunun sadələşdirilməsi, ştatların ixtisara salınması və MDB-nin orqanlarının daha çevik işləməsi məqsədi daşıyır. Biz bu məsələləri müzakirə edəcəyik. Sonra bir neçə başqa məsələlər də var, biz onları da müzakirə edəcəyik.

Sual: Siz MDB-nin icraçı katibi vəzifəsinə təklif edilən yeni namizədə razı olacaqsınızmı?

Cavab: Bilirsiniz, biz MDB-ni daim təkmilləşdirməyə çalışırıq, ancaq istədiyimizə hələlik nail ola bilməmişik. Ancaq yeni addım atılacaqdır. Baxarıq, bəlkə də bunun bir nəticəsini olacaqdır.

Sual: NATO-nun Kosovodakı tədbirlərini pisləyən hansısa birgə bəyanat olacaqmı?

Cavab: Orada nə olacaqsa, buna Azərbaycan Respublikasının prinsipial mövqeyi nəzərə alınmaqla münasibətlərimizi bildirəcəyik.

Sual: Azad iqtisadi zona məsələsinin müzakirəsi zamanı, Ermənistanın və Rusiyanın bizə olan münasibətini nəzərə alaraq Azərbaycan...

Cavab: Azad iqtisadi zona haqqında layihəyə bizim müvafiq qeydlərimiz var. Hesab edirəm, bunlar qəbul olunacaqdır.

Sual: Robert Koçaryanla Sizin görüşünüz gözlənilirmi?

Cavab: Ola bilsin, Robert Koçaryanla görüşəcəyəm.

Tarixi arayış