Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İrana rəsmi səfərə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 18 may 2002-ci il


Heydər Əliyev: Mən İrana rəsmi səfərə gedirəm. İranın Prezidenti cənab Xatəmi məni dəvət edibdir. Səfərin də məqsədi İran–Azərbaycan əlaqələrinin inkişaf etdirilməsindən ibarətdir. Kimin nə sözü varsa, buyursun.

Sual: Cənab Prezident, görüşünüzdə Xəzərin statusuna dair müzakirələr aparılacaqmı və bu müzakirələrdən nə gözləyirsiniz?

Cavab: Bəli, aparılacaq. Ola bilməz ki, mən İrana gedim, orada Xəzərin statusu haqqında müzakirə aparılmasın. Aparılacaqdır.

Sual: Cənab Prezident, Sizcə, bu səfər arada olan mübahisələrə son qoya bilərmi?

Cavab: Çalişiriq ki, mübahisələr olmasın.

Sual: Cənab Prezident, Sizə yaxşı yol və cansağlığı arzu edərək, istərdim soruşum ki, İranın bölgədəki mövqeyi baxımından iki ölkə arasındakı əlaqələrin Azərbaycan üçün nə kimi önəmi ola bilər?

Cavab: Bu əlaqələr həm Azərbaycana, həm də İrana lazımdır. Biz qonşuyuq və keçmişdə çox əlaqələrimiz olubdur, bu gün də var. İndi bu əlaqələrin bütün sahələrdə – iqtisadiyyat, mədəniyyət, elm, təhsil, idman və başqa sahələrdə inkişaf etdirilməsi və dövlətlərarası münasibətlərin daha da mehribanlaşması həm İran üçün, həm də Azərbaycan üçün lazımdır.

Sual: Azərbaycan İran üçün nə kimi önəm daşıyır və nə edə bilər?

Cavab: Bunu dedim, Azərbaycan da İran üçün çox önəmlidir, İran da Azərbaycan üçün önəmlidir.

Sual: Cənab Prezident, İranda yaşayan azərbaycanlılarla Sizin görüşləriniz nəzərdə tutulurmu?

Cavab: Orada dövlət işində olanların bir hissəsi elə azərbaycanlılardır. Onlarla görüşəcəyəm.

Sual: Cənab Prezident, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı söhbət aparılacaqmı?

Cavab: Mütləq aparilacaq.

Sual: Sizin səfərinizdən sonra İran bu münaqişənin həllinə fəal surətdə cəlb oluna bilərmi?

Cavab: Baxarıq.

Sual: Cənab Prezident, belə bir məlumat var ki, iyun ayında Norveçdə çəryanla Sizin görüşünüz gözlənilir. Bu məlumat doğrudurmu?

Cavab: Ola bilər ki, nə vaxtsa biz görüşək, amma bunun vaxtı müəyyən olunmayıbdır.

Sual: Cənab Prezident, Praqa görüşünün nəticəsi necə oldu?

Cavab: Onu biz hələ təhlil etməmişik.

Sual: Bu səfərdən gözlədiyiniz nədir?

Cavab: Gözləyirəm ki, İranla Azərbaycan bir-biri ilə daha da mehriban, dost olsunlar.

Sual: Cənab Prezident, sahibkarlarla Sizin görüşünüzdən sonra hansı tədbirlər görüləcəkdir?

Cavab: Mən birinci görüşdə də, ikinci görüşdə də demişdim. Bu görüşlərin nəticələri çox ətraflı, ciddi təhlil olunur. Bunların əsasında lazımi tədbirlər hazırlanır. Bunlar hazırlanan zaman mən Azərbaycanın hakimiyyət orqanlarının nümayəndələri ilə görüş keçirəcəyəm.

Sual: Görüşün nəticələrinə uyğun olaraq hansısa kadr dəyişiklikləri ola bilərmi?

Cavab: Yaşayarıq, görərik.

Sual: Səfər zamanı siyasi bəyannamə imzalanacaqmı?

Cavab: Çox yaxşı bir müqavilə imzalanacaqdır.

Sual: İran–Azərbaycan əlaqələrinin inkişafı bölgədə sülhün və sabitliyin bərqərar olmasına nə kimi təsir göstərəcəkdir?

Cavab:Yaxşi təsir göstərə bilər. Görürəm, sözünüz qurtarıbdır. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR