Hörmətli Azad Xəlil oğlu!
Sizi 65 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Sizi Azərbaycanın elm, təhsil və iqtisadiyyatının, xüsusən də neft sənayesinin inkişafında elmi istiqamətlərin əvəzsiz banilərindən biri kimi tanıyır və bu sahədə Azərbaycanın dünya şöhrəti qazanmasında misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, Azərbaycan elminin inkişafında xalqın rifahı naminə atdığınız addımlar bundan sonra da səmərəli və uğurlu olacaq və siz vətənimizin tərəqqisi yolunda istedadınızı, zəkanızı, bacarığınızı əsirgəməyəcəksiniz.
Ömrünüzün kamillik çağında sizə xoş diləklərimi bildirirəm.
"Azərbaycan" qəzeti, 29 sentyabr 1993-cü il.