Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gəncə şəhər sakinləri ilə söhbəti - Gəncə, 24 may 2000-ci il


Heydər Əliyev: Siz harada işləyirsiniz?

Kənd Təsərrüfatı Akademiyasının Müəllimləri: Cənab Prezident, Kənd Təsərrüfatı Akademiyasında işləyirik.

Heydər Əliyev: Siz hamınız müəllimsiniz?

Müəllimlər: Bəli.

Heydər Əliyev: Nə dərsi deyirsiniz?

Müəllimlər: Kənd təsərrüfatı müəssisələrində istehsalın təşkili, marketinq, təbiət dərsləri deyirik.

Heydər Əliyev: Çox gözəl Gəncənin gözəl qızları var. Gəncə qızları həmişə gözəl olublar. Təsadüfi deyil ki, Nizami Gəncəvi həmişə gözəlliyi vəsf edibdir. O vaxt da yəqin belə gözəl qızlar varmış ki, Nizami Gəncəvi onlardan ilham alıb o cür əsərlərini yazıbdır.

Gəncə 2 nomrəli uşaq xəstəxanasının həkimləri ölkəmizin rəhbərinə yaxınlaşaraq dedilər:

Cənab Prezident, bizim yurdumuza xoş gəlmisiniz!

Heydər Əliyev: Çox Sağ olun. Harada işləyirsiniz, nə iş görürsünüz?

Səhiyyə işçiləri: 2 nomrəli uşaq xəstəxanasında həkim işləyirik. Hamımız Yeni Azərbaycan Partiyasının üzvüyük və Sizə dərin minnətdarlığımızə bildiririk. Təşəkkür edirik ki, bizi yada salıb gəlmisiniz. Siz bizim dayağımızsınız. Ömrünüz uzun olsun. Biz həmişə Sizinləyik.

Heydər Əliyev: Çox Sağ olun. Çox gözəl.

Gülü Gözəlova: Cənab Prezident, mən Milli Olimpiya Komitəsinin Gəncə regionu üzrə nümayəndəsiyəm. Biz İlham müəllimlə fəxr edirik. Biz, Gəncə idmançıları var gücümüzlə çalışırıq ki, 2000-ci ildə Sidneydə keçiriləcək olimpiya oyunlarından ölkəmizə fəxrlə medal gətirək, Sizi, İlham müəllimi sevindirək. Biz həmişə Sizinlə fəxr edirik.

Ofelya Tahirova (Goranboy rayonu Borsunlu kənd sakini, şəhid bacısı) : Yoldaş Əliyev, yoldaş Əliyev!

Heydər Əliyev: O kimdir, gəlsin bura. Onu bura gətirin.

Ofelya Tahirova:  Yoldaş Heydər Əliyev, Sizdən kömək istəyirəm.

Heydər Əliyev: Nə olub, bacı?

Ofelya Tahirova:  Goranboy rayonundan gəlmişəm. Üç uşağım, mən və mənim gözümün qarşısında, yatdığımız evin içində yoldaşımı qətlə yetiriblər.

 Heydər Əliyev: Nə vaxt ediblər?

Ofelya Tahirova:  Doqquz aydır.

Heydər Əliyev: Doqquz ay bundan qabaq?

Ofelya Tahirova:  Bəli.

Heydər Əliyev: Bacı, narahat olma. Mən göstəriş verəcəyəm. Dilarə xanım Seyidzadə mənim köməkçimdir, onunla əlaqə saxlayarsan. Mən göstəriş verəcəyəm. Diları xanım, sən də onunla əlaqə saxlayarsan.

Ofelya Tahirova:  Kömək olmasa, Sizi yenə görəcəyəm.

Heydər Əliyev: Kömək olar. Çalışaram. O qətli edənlər tapılmayıblar?

Ofelya Tahirova:  Xeyr, tapılmayıbdır. Üç körpə uşaq, bir də özüm qalmışam. Uşaqlarım xəstəliyə tutulubdur. Onun günahı nədir? Mən ərimin günahını bilmək istəyirəm. Başqa heç nə istəmirəm.

Heydər Əliyev: Bacım, indi nə edək, kim qətl edib, onu tapmaq lazımdır.

Ofelya Tahirova:  Yoldaş Heydər Əliyev, onun günahı nə idi?!

Heydər Əliyev: Yəqin ki, öyrənərlər. Amma o qətli edən cinayətkardır, təbiidir. Darıxmayın.

Ofelya Tahirova:  Bir ata kimi, balalarıma kömək əlinizi uzadın.

Heydər Əliyev: Yaxşı, yaxşı. Daha mənə bir sözünüz varmı?

Sakinlər: Sizə cansağlığı, uzun ömür arzulayırıq.

Zaur Hümbətov (Gəncə Kənd Təsərrüfatı Akademiyasının müəllimi): Hörmətli Prezident, Siz akademik Validə xanım Tutayuqu tanıyardınız. Siz onun əməyinə çox böyük qiymət vermisiniz.

Heydər Əliyev: Validi xanım Tutayuq?

Zaur Hümbətov: Bəli, Siz ona yaşıllaşdırma haqqında tapşırıq vermişdiniz. O,  mənim müəllimim olubdur. Buranın yaşıllaşmasında akademiyamız müəyyən işlər görmüşdur. İndi çalışacağıq buranı daha da yaşıllaşdıraq.

Heydər Əliyev: Çox gözəl. Bu yaşıllaşdırma məsələsi mənim həyatımda ən birinci məsələlərdən biridir. Siz görürsünüz, Bakını necə yaşıllaşdırırıq.

Zaur Hümbətov: Bəli, akademik Həsən Əliyevin böyük xidmətləri olmuşdur.

Heydər Əliyev: Mən 70-ci ildən bu işə başlamışam. İndi, əlbəttə ki, buranın ətrafı gərək yaşıllaşsın.Yəqin ki, burada bu məsələ zəif gedir.

Zaur Hümbətov: Cənab Prezident, diqqət göstərirlər. Biz özümüz də çalışırıq. Ancaq mən istəyirdim Sizin yadınıza salım, Siz mənim müəllimimə o vaxt çox böyük qiymət vermişdiniz.

Heydər Əliyev: Bəli, mən Validə xanımı yaxşı tanıyərdəm. O çox böyük bir alim idi, ona böyük hörmətim var idi. Allah ona rəhmət eləsin!

Mən  Naxçıvanda orta məktəbdə oxuyanda Validə xanımın böyük qardaşı Murad Tutayuq mənim fizika müəllimim olubdur.

Zaur Hümbətov: Bəli, Validə xanım söyləyirdi.

Heydər Əliyev: Murad Tutayuq çox yaxşı bir müəllim idi. Əlbəttə, onda mən Validə xanımı tanımırdım. Mən gənc idim. Orta məktəbi 16 yaşında bitirmişdim. Amma 16 yaşına qədər biz üç il fizika keçirdik - onu Validə xanımın qardaşı Murad Tutayuq aparırdı və mənə də çox yaxşı təhsil verdi. Çünki fizika, riyaziyyat, başqa elmləri, ümumiyyətlə, mən hamısını yaxşı öyrənmişdim. Amma onları daha da yaxşı bilirdim.

Zaur Hümbətov: Cənab Prezident, Validə xanım o vaxt Sizin fenomenal qabiliyyətiniz haqqında biz aspirantlara söyləyirdi. O, Sizinlə görüşəndə sizə 11 kitab bağışlayıbdır. Akademiyanın yubileyində Siz çıxış edəndə onun haqqında demisiniz ki, Validə xanım 11 kitab yazıbdır.

Heydər Əliyev: Bəli, Yaxşı, başqa sözünüz varmı?

Sakinlər: Sizə cansağlığı arzulayırıq. Allah Sizə xalqımızın üstündən əskik eləməsin. Çox razıyıq. Cənab Heydər Əliyevə eşq olsun!