İtaliya Respublikasının prezidenti Zati-aliləri cənab Karlo Adzello Çampiyə-Bakı şəhəri, 30 may 2000-ci il


Hörmətli cənab prezident!

İtaliya Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında təşəkkül tapmış dostluq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.

Cənab prezident, Sizə cansağlığı, səadət və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və daimi tərəqqi arzulayıram.                                  

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 iyun 2000-ci il.