Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin MDB ölkələri dövlət başçılarının növbəti zirvə görüşündə iştirak etmək üçün Moskvaya yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərin suallarına cavabı - 28aprel 1998-ci il


Sua1: Cənab Prezident, Kişinyov zirvə toplantısında dövlət başçıları Müstəqil Dövlətlər Birliyinin fəaliyyətini kəskin tənqid etmişdilər. Yeni zirvə toplantısında hansı məsələlərin müzakirəsi gözlənilir?

Cavab: Bir halda ki, tənqid olunmuşdu, bu tənqiddən nəticə çıxardmalıdır. Biz belə güman edirik və mən də belə düşünürəm ki, bu zirvə görüşünü hazırlayanlar yəqin ki, Kişinyovda olan tənqidi çıxışları və tənqidi qeydləri nəzərə alıblar və buna müvafiq təkliflər verəcəklər. Hər halda nə gözləmək olar? Mən keçmiş zamanlarda da demişəm, indi də demək istəyirəm ki, gərək Müstəqil Dövlətlər Birliyi öz işini təkmilləşdirsin, səmərəliliyini artırsın və onu beynəlxalq standartlara uyğun olaraq qursun. Bu işlə məşğul olan, MDB-nin aparatında işləyan insanlar da bu sahədə çalışırlar, müəyyən hazırlıq işləri görüblər. Hər halda indi nəsə demək çətindir.

Sua1: Cənab Prezident, Siz Ermənistana qeyri-qanuni silahların verilməsi və Şahin Musayevin ölkəmizə qaytarılması ilə bağlı ötən sammit ərəfəsində Rusiyaya narazılığınızı bildirmişdiniz. Bununla bağlı növbəti sammit ərəfəsində hər hansı bir cavab tədbirlərinin həyata keçirilməsı nəzərdə tutulurmu?

Cavab: İndi görək onlar bu barədə nə ediblər. Hər halda bizə məlum olmalıdır. Bu gün Moskva vaxtı ilə saat 6-da Rusiya, Azərbaycan, Ermənistan müştərək komissiyasının iclasında - bilirsiniz ki, Rusiya tərəfindan Ermənistana qeyri-qanuni, gizli olaraq bir milyard dollar dəyərində silah verilməsi ilə əlaqədar bizim qaldırdığımız məsələlərə görə keçən ilin iyul ayında mən Moskvada olarkən belə qərar qəbul olundu ki, üçtərəfli müştərək komissiya yaradılsın, - bu gün o komissiyanın üzvləri görüşməlidirlər və komissiyada bizim nümayandələrimiz Abbas Abbasov, Səfər Əbiyev, Eldar Həsənov və başqaları dünən Moskvaya uçublar. Indi gedim görüm orada nə iş görülübdür. O cümlədən Şahin Musayevin verilməsi haqqında, - onu Azərbaycana verməlidirlər. Çünki elə bir cinayətkarı orada saxlamağa əsas yoxdur və onların bizə söylədikləri bəhanə əsassızdır. Biz bunu onlara bildirmişik. Güman edirəm ki, bu məsələ da həll olunmalıdır.

Sua1: Cənab Prezident, Azərbaycan bu sammitdə hər hansı bir sənəd imzalayacaqmı və Siz Robert Koçaryanla görüşəcəksinizmi?

Cavab: Koçaryanla bu gün axşam gorüşəcəyəm. Bunu deyə bilərəm. Ancaq hansı sənədi imzalayacağımı və ya imzalamayacağımı deyə bilmərəm.

Sua1: Siz Dağlıq Qarabağ məsələsi ilə əlaqədar Robert Koçaryanla danışıqlardan nə gözləyirsiniz?

Cavab: Bilirsiniz, hər halda hər bir belə görüş müəyyən ümidlər doğurar. Mən də belə ümidlərlə bu görüşə gedirəm.

Sua1: Cənab Prezident, Ermənistanın yeni rəhbərliyi münaqişəli məsələlərin həllinə dair ATƏT-in həmsədrlərinin təkliflərini rədd edir və məsələni paket şəklində həll etməyə üstünlük verir.

Cavab: Ona göra də mən bu gün görüşəcəyəm ki, onların özləri desinlar görək, bu barədə nə fikirdədirlər.

Tarixi arayış

MÜSAHİBƏLƏR