"21-ci əsr"jurnalının ilk sayında dahi siyasətçi Heydər Əliyevə siyasətlə bağlı olmayan 21 suala cavab - 3 aprel 1998-ci il


- Ən çox sevdiyiniz şer?

- Səməd Vurğunun "Azərbaycan" şeri.

- Ən çox sevdiyiniz şair?

- Şəhriyar.

- Ən çox sevdiyiniz mahnı?

- Xalq mahnıları və Tofiq Quliyevin mahnıları.

- Ən çox sevdiyiniz insan?

- Zərifə xanım.

- Ən çox sevdiyiniz bəstəkar?

- Üzeyir Hacıbəyov.

- Ən çox sevdiyiniz pyes?

- Cəlil Məmmədquluzadənin "Ölülər" pyesi.

- Ən çox sevdiyiniz dramaturq?

- Hüseyn Cavid.

- Ən çox sevdiyiniz sənət əsəri?

- Səttar Bəhlulzadənin "Muğan gözəlləri".

- Ən çox sevdiyiniz sənət növü?

- Miniatür.

- Ən çox sevdiyiniz sənətkar?

- Ömər Eldarov.

- Ən çox sevdiyiniz içki?

- Çay, səhərlər südlə.

- Ən çox seçdiyiniz gül?

- Qızılgül.

- Ən çox sevdiyiniz rəng?

- Zoğalı rəng.

- Ən çox sevdiyiniz idman növü?

- Yüngül atletika və üzgüçülük.

- Ən çox sevdiyiniz insani xüsusiyyət?

- Mərdlik.

- Ən çox sevdiyiniz şəhər?

- Bakı.

- Ən çox sevdiyiniz mövsüm?

- Yaz.

- Ən çox sevdiyiniz qələm növü?

- Mürəkkəblə yazan qələm.

- Ən çox sevdiyiniz rəqəm?

- 7.

- Ən çox sevdiyiniz bayram?

- Novruz bayramı.

- Ən çox sevdiyiniz jurnal?

- "Molla Nəsrəddin".

Tarixi arayış