Hörmətli Əhməd Əhməd oğlu!
Sizi - tarix elminin görkəmli nümayəndəsini 75 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə xoşbəxtlik, cansağlığı və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Şərqşünaslığın və ümumi tarixin müxtəlif problemlərinə dair apardığınız tədqiqatlar Sizə zəmanəmizin ən nüfuzlu alimlərindən biri kimi şöhrət qazandırmışdır. Yaşadığımız qlobal dəyişikliklər dövrü istər həyatımızda, istərsə də tarix elmində çox yeniliklər etmişdir. Sizin əsərlərinizdə tarix elminin elə aktual problemləri öz əksini tapmışdır ki, onlar həll edilməsəydi, postsovet məkanında tarixi prosesin mahiyyətinin yeni anlamının formalaşması mümkün olmazdı. Əlamətdardır ki, Siz XX əsrin ilk çağlarında baş vermiş taleyüklü hadisələrə yeni baxışla nəzər salmağa imkan yaratmış fundamental əsəriniz məhz təzə əsrin və təzə minilliyin əvvəllərində tamamlamağa müvəffəq oldunuz.
Şəxsi əlaqələrimizdən bilirəm ki, indi çox aktual olan mədəniyyət və sivilizasiyaların dialoqu problemləri həmişə Sizin diqqət mərkəzinizdə olmuşdur. Azərbaycanda biz Sizin nəinki bir alim kimi parlaq istedadınızı, həm də Ümumrusiya Azərbaycan Konqresi Mərkəzi Şurasının İdarə heyətindəki fəaliyyətinizi yüksək qiymətləndiririk.
Sizə ən xoş arzularımı bildirirəm.
Hörmətlə,
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 21 noyabr 2002-ci il.