Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi qısa müsahibə - 15 iyun 2002-ci il


Heydər Əliyev: Bayramınız mübarək olsun! Sizi təbrik edirəm. Mən bu gün xarici səfərə getmirəm, öz ölkəmizin ərazisi olan Naxçıvana gedirəm. Güman etmirdim ki, burada mətbuatın nümayəndələri toplaşacaqlar. Ona görə də mən bəyanat verməyə ehtiyac duymuram. Çünki oraya gedirəm, orada Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin təşəbbüsü ilə böyük olimpiya kompleksi yaranıbdır. Onun açılışında iştirak edəcəyəm. Sonra da ola bilər, Naxçıvanda bəzi işlərlə də məşğul olum. Ona görə də sual-cavaba ehtiyac yoxdur.

Hamınızı bir daha təbrik edirəm. Sizə cansağlığı, uzun ömür, bayramı yaxşı keçirməyi arzulayıram. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR