İsveçin kralı Əlahəzrət XVI Karl Qustava - Bakı şəhəri, 31 may 2002-ci il


Əlahəzrət!

İsveç Krallığının milli bayramı – İsveç bayrağı günü münasibətilə Sizi və bütün İsveç xalqını səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan–İsveç münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm. Ümidvaram ki, genişlənməkdə olan əlaqələrimiz ölkələrimiz arasında əsl dostluq və əməkdaşlıq körpüsü salacaqdır.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsveç xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə, 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa

Əlavə sənədlər

Azərbaycan - Avropa