Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstana rəsmi səfərə yola düşməzdən əvvəl Binə Hava Limanında jurnalistlərin sualına cavabı - 8 mart 1996-cı il


Sual: Cənab prezident, Siz bu yaxınlarda Moskvada Eduard Şevardnadze ilə görüşəndə o, qısa bəyanat verdi. Biz hiss etdik ki, Gürcüstan torpağında Sizi gözləyirlər və səfər uğurlu nəticələr verəcəkdir.

Cavab: Əlbəttə, şübhəsiz, Gürcüstan bizim üçün yaxın qonşu və dost ölkədir. Çox böyük tarixi əlaqələrimiz var. Bu əlaqələri inkişaf etdirmək üçün mənim Gürcüstana səfərim çox əhəmiyyətlidir və güman edirəm, çox yaxşı nəticələr verəcəkdir. Gürcüstanda azərbaycanlılar da yaşayırlar. Onların vəziyyəti Azərbaycan üçün və şəxsən mənim üçün çox maraqlıdır. Mənim onlarla da görüşlərim olacaqdır. Səfərimin əsas məqsədi həm gürcü xalqı ilə Azərbaycan xalqı arasında dostluq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək, həm də Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti ilə bir daha tanış olmaq və onlara əlimdən gələn köməyi etməkdən ibarətdir.