Burada, ticarət mərkəzində malların zəngin çeşidli olmasından, bu məhsulların Türkiyədən, habelə Avropanın bir sıra digər ölkələrindən öz nəqliyyatları vasitəsilə gətirilməsindən, alıcılara yüksək səviyyədə ticarət xidməti göstərilməsindən, Azərbaycanda ticarət şəbəkəsinin dünya ölkələri ilə inteqrasiya əsasında genişlənməsindən məmnun qaldığımı bildirirəm.
Bu gün əhaliyə belə geniş çeşiddə, yüksək keyfiyyətli məmulat təklif edilməsi respublikamızda bazar iqtisadiyyatı prinsiplərinin dönmədən həyata keçirilməsi, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyası nəticəsində mümkün olmuşdur. Belə müasir ticarət mərkəzi yaratdığına görə "Azərsun" şirkətinin nümayəndələrinə təşəkkür edir, onlara işlərində uğurlar arzulayıram.