Azərbaycan Respulikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Bankının Moskvada törəmə bankının açılışı mərasimində çıxışı – Moskva, 26 yanvar 2002-ci il


Hörmətli Viktor Vladimiroviç!

Bu gün biz hamımız Rusiya–Azərbaycan münasibətlərində böyük əhəmiyyəti olan bir hadisənin şahidləriyik. Mənim Rusiya Federasiyasına çox uğurlu keçmiş dövlət səfərim başa çatır. Mən bu səfərdən son dərəcə məmnunam. Səfər çərçivəsində Azərbaycan Beynəlxalq Bankının Moskvada şöbəsinin açılmasının zəruriliyi barədə razılıq əldə olunmuşdur. Rusiya hökuməti, Moskva rəhbərliyi, Rusiya Mərkəzi Bankının sədri bu işdə bizə böyük kömək göstərmişdir.

Çox sağ olun.