Biz respublikanın sosial-iqtisadi məsələləri ilə daim məşğul oluruq. Doğrudur, vaxtımızın çox hissəsi müharibə ilə əlaqədar məsələlərə həsr olunur. Buna görə də sosial-iqtisadi məsələlərin həlli bəzən ləngiyir. Bəzən də bu o səbəbdən irəli gəlir ki, verilən tapşırıqlar vaxtlı-vaxtında yerinə yetirilmir. Bütun bunlara baxmayaraq, həmin məsələlərə mütəmadi diqqət yetirdiyimiz məlumdur. Bu, respublikanın indiki vəziyyətində əsas məsələ kimi daim diqqət mərkəzindədir. Həmin işlərlə bundan sonra da ciddi məşğul olacağıq. Hesab edirik ki, bu, respublikamızın müstəqilliyini möhkəmləndirmək və əhalinin rifah halını get-gedə yaxşılaşdırmaq üçün strateji xətdir, yoldur. Bu yol sərbəst bazar iqtisadiyyatı, sərbəstləşdirmə proseslərinin davam etdirilməsi, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaradılması yoludur. Həmin tədbirlərin hamısı ilk növbədə əhalinin, xalqın mənafeyinə xidmət edir. Ona görə də bazar iqtisadiyyatı prinsiplərini tətbiq edərək, sərbəst iqtisadiyyata geniş yol verərək və onu əsas yol hesab edərək, bunların hamısını əhalinin bütün təbəqələrinin rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılmasına yonəltməliyik.
Bu baxımdan son vaxtlar bir neçə tədbir hazırlanıbdır. Onları qəbul etməmişdən öncə bu gün mən istədim ki, buraya toplaşan vəzifəli şəxslərin, maliyyə, bank sahəsində çalışan adamların, iqtisadiyyat üzrə alimlərin iştirakı ilə həmin tədbirləri qabaqcadan müzakirə edək.
Yekun sözü
Bu tərkiblə müşavirəni keçirməkdə məqsədim bütün sahələrin nümayəndələrinin fikrini öyrənmək və təqdim edilmiş layihənin nə qədər əsaslı və bu gün üçün nə qədər yararlı olduğunu müəyyənləşdirmək, yoxlamaqdır. Burada geniş fikir mübadiləsi aparıllı, hərə öz rəyini sərbəst söylədi. Sözün düzü, bu ağır şəraitimizdən çıxmaq üçün, inflyasiyanı cilovlamaq üçün, ölkənin maliyyə vəziyyətini düzəltmək üçün, istehsalın səviyyəsinin aşağı düşməsini heç olmasa dayandırmaq üçün və bütün bunların nəticəsi olaraq əhalinin güzaranının pisləşməsinin qarşısını almaq üçün burada, təəssüf ki, konkret təkliflər ala bilmədim.
Respublikada sosial-iqtisadi vəziyyət həqiqətən ağırdır, çətindir. Əhalinin çox hissəsi kasıblıq şəraitində yaşayır. Ərzaq, istehlak mallarının qıtlığı və kommersiya yolu ilə gətirilən məhsulların da çox baha olması vəziyyəti olduqca ağırlaşdırır. Nəzərə almaq lazımdır ki, respublikamızda bir milyondan artıq qaçqın var, onların əksəriyyəti işsizdir, ev-eşikləri yoxdur, bir çoxları isə çadırlarda yaşayır. Onların əmək fəaliyyətindən uzaqlaşması, məskunlaşdıqları şəhər və qəsəbələrdə, kənd və obalarla həm sənaye, həm də kənd təsərrüfatı məhsulları istehsalından məhrum edilməsi və eyni zamanda, bayaq dediyim kimi, əksəriyyətinin də işsiz qalması respublikanın iqtisadi, maliyyə vəziyyətini daha da ağırlaşdırır.
Nəzərə alsaq ki, ərazilərimizin 20 faizi işğal altındadır və buna görə də həmin yerlərdən, xüsusən də kənd təsərrüfatı üçün yararlı və məhsuldar torpaqlardan istifadə edə bilmirik, onda görərik ki, bütün bunlar maddi və maliyyə vəziyyətimizə necə ağır təsir göstərir. Lakin bununla yanaşı, iqtisadiyyatın tənəzzülü, əhalinin güzəranının pisləşməsi son illərdə gedən proseslərin təbii nəticəsidir. Bu proseslər iqtisadiyyatımızın dağılmasına, respublikamızın iqtisadiyyatında təşəkkül tapmış ahəngdar, sahmanlı vəziyyətin pozulmasına, istehsal sahələrimizin çoxunla fəaliyyətin dayanmasına gətirib çıxarmışdır. Bir tərəfdən bu proseslər, likər tərəfdən isə müharibə şəraitində olmağımız, müharibəyə çox böyük vəsait yönəldilməsi, habelə əhalinin bir qisminin orduya cəlb edilməsi iqtisadiyyata güclü zərər vurur, şübhəsiz ki, insanların dolanacağının aşağı səviyyəyə düşməsinə səbəb olur.
Ancaq bütün bunlar o demək deyildir ki, çıxılmaz vəziyyətə düşmüşük, vəziyyət dözülməzlir. Yox. Elə düşünməyin ki, mən özümüzə təsəlli vermək istəyirəm. Gəlin unutmayaq ki, keçmiş Sovet İttifaqının digər respublikalarında, heç müharibə getməyən, yaxud daxili münaqişələr olmayan respublikalarda da vəziyyət bizdəkindən əsla yaxşı deyildir. Bir daha qeyd edirəm: bu, bizə təsəlli üçün heç də əsas vermir. Bunu deməkdə məqsədim odur ki, hər şey aydın olsun. Bu, keçmiş SSRİ ərazisində gedən ümumi bir prosesdir. Bəzi bölgələrlə vəziyyət digər yerlərdə olduğuna nisbətən yaxşıdır, bəzilərində pisdir. Azərbaycan Respublikasının müharibə şəraitində olması, iqtisadiyyatımızın pozulması, bərbad hala düşməsi ilə bağlı digər proseslər öz təsirini göstərir və bizi bu vəziyyətə gətirib çıxarmışdır.
Bildiyiniz kimi, biz bu məsələlərlə ciddi məşğul oluruq, bir neçə tədbir həyata keçirmişik. Mən bir neçə fərman vermişəm. Lakin bunlar vəziyyəti hələ ki, yüngülləşdirmir. Belə bir vəziyyətdən çıxmaq üçün, şübhəsiz, birinci növbədə Azərbaycan iqtisadiyyatının bütün imkanlarından, iqtisadi potensialımızdan tamamilə istifadə etməliyik. Təxminən 10 il bundan öncə Azərbaycanın çox böyük iqtisadi potensialı vardı. Sənaye, kənd təsərrüfatı, sosial, inşaat sahəsində geniş potensiallara malik idik. Təəssüflər olsun ki, o potensial son illər günbəgün, aybaay dağıdılmışdır. Yeni bir şey isə yaradılmır. Məsələn, deyə bilərikmi ki, son bir neçə ildə yeni bir istehsal sahəsi yaradılmışdır, yeni bir zavod və ya fabrik tikilmişdir, yeni bir istehsal mənbəyi açılmışlır? Yaxud kənd təsərrüfatı sahəsində əlavə məhsul götürmək üçün yeni torpaq sahələri yararlı hala salınmış və istifadayə verilmişdir? Yox, bütün bunlar olmayıb. Əksinə, olanlar da batıb getmişdir. Bu həqiqətdir və bizi ağır vəziyyətə salmışdır.
Ona görə də biz bu vəziyyətdən çıxmaq üçün ayrı-ayrı tədbirlər görməklə, ayrı-ayrı addımlar atmaqla yanaşı, - şübhəsiz ki, bunlar zərurətdən irəli gələn işlərlir, - gərək çalışaq ki, bütün sahələrdə məhsul buraxılsın, bütün iqtisadi potensialımızdan lazımınca istifadə edilsin. Bu məsələlərə xüsusi fikir verməli, bundan ötrü təsirli tədbirlər görməliyik.
İqtisadi potensialımız elə dağılmış vəziyyətlə də güclüdür. Odur ki, bundan səmərəli istifadə etmək lazımdır. Doğrulur, iqtisadi əlaqələr qırıldığına, iqtisadi inteqrasiya pozulduğuna görə indi bir çox müəssisələrin, istehsal sahələrinin əvvəlki tək işləməsi mümkün deyildir. Lakin bu o demək deyil ki, əl-qolumuzu yanımıza salaq, oturub fikirləşək ki, haradansa nəsə gətiriləcək, hansısa bir forman verməklə nə isə bir iş görüləcək və bununla da hər şey düzələcək. Yox, belə ola bilməz.
Məsələn, götürək sənaye sahəsini. Açığını deyim, bizdə sənaye istehsalı ilə məşğul olmurlar. Mən bilmirəm, bəzi nazirliklərimiz nə ilə məşğuldur. Sözlərim eləcə də birliklərə, Dövlət Neft Şirkətinə aiddir. Onların nümayənlələri də buradadır. Bizim böyük kimya kompleksimiz, nəhəng maşınqayırma kompleksimiz, başqa sənaye sahələrimiz var. Zənnimçə, bu sahələrlə ciddi məşğul olsaydıq, indi çox məsələləri həll etmiş olardıq. İstehsalı artırmaq bir yana, heç olmasa onun aşağı düşməsi sürətini azaldaq, bu prosesin qarşısını alaq. Amma burada dedilər ki, birinci rübdə istehsalın səviyyəsi təxminən 25 faiz aşağı düşmüşlür. Keçən ili götürsək, görərik ki, onda da istehsal bu qədər geriləmişdir. İndi daha 25 faiz aşağı düşmək, görün, nə deməkdir.
Buna görə də hesab edirəm ki, Nazirlər Kabineti bu işlərlə ciddi məşğul olmalıdır. Amma mən əməli, konkret bir iş həyata keçirildiyini görmürəm. Yaxud, götürək kənd təsərrüfatı sahəsini. Düzdür, ərazimizin bir hissəsi işğal olunub, torpaqlar əldən gedib. Lakin ərazimizin çox hissəsində torpaq da həmin torpaqdır, şükürlər olsun ki, su da var, iqlim də dəyişməyib, - həmin iqlimdir. Ola bilsin ki, kənd təsərrüfatında yüksək məhsullarlıq üçün bəzi texnika çatışmır. Ancaq biz bu sahədə də tədbirlər gördük, texnika, mineral kübrələr alınması üçün təqribən 10-12 min ton pambıq ayırdıq. Gərək ki, bu əməliyyat nəticəsində 17 milyard rubl məbləğində vəsait əldə etdik. Deməli, çatışmayan nə vardısa, hamısını alıb gətirmək olardı.
Şübhəsiz, bunlar kənd təsərrüfatımızın tələbatını əvvəlki səviyyədə ödəyə bilməyəcək. Buna baxmayaraq, vəziyyəti az-çox yaxşılaşdırmaq üçün şərait yaratdıq. Odur ki, kənd təsərrüfatının bütün sahələrində - pambıqçılıqla da, taxılçılıqla da, tərəvəzçilikdə də, çayçılıqda da, üzümçülükdə də, tütünçülükdə də dönüş yaradılmalı idi. Üstəlik, biz kənd təsərrüfatına dair geniş bir müşavirə keçirdik, mühüm məsələləri müzakirə etdik. Bundan sonra çiyid səpini ərəfəsində yenə də geniş bir müşavirə keçirdik, pambığın lazımi səviyyədə əkilib-becərilməsi məsələlərini müzakirə etdik.
Bütün bunlarla daim məşğul olmaq lazımdır. Bu işlərlə Kənd Təsərrüfatı Nazirliyi, Nazirlər Kabinetinin kənd təsərrüfatı strukturları ciddi məşğul olmalıdırlar. Təəssüf ki, Prezident Aparatında kənd təsərrüfatı ilə məşğul olan struktur yoxdur. Bəlkə buna ehtiyac da yoxdur. Çünki Nazirlər Kabineti Prezident Aparatının, daha doğrusu, prezident strukturunun bir hissəsidir. Nazirlər Kabineti prezidentin icra orqanının bir hissəsi olduğuna görə məsələlərin Nazirlər Kabinetində həll edilməsi nəzərdə tutulur. Bunu izah etməyə ehtiyac yoxdur. Amma bu gün mən bunu bir daha tələb etməli oluram. Bizim həm sənaye, həm də kənd təsərrüfatı sahəsində imkanlarımız böyükdür. Lakin Nazirlər Kabineti bu məsələlərlə layiqincə, hər gün məşğul olmur. Bunu ona görə tam əsasla deyirəm ki, bildiyiniz kimi, keçmişdə bu məsələlərə illərlə vaxt sərf etmişəm. O dövrü, o quruluşu indi pisləmək də olar, tənqid etmək də. Amma o dövrlərdə ciddi tələbkarlıq vardı, hansı sənaye müəssisəsinin nə iş gördüyü, həftə ərzində nə qədər məhsul buraxdığı, nə qədər gəlir gətirdiyi, sürətin necə olduğu barədə hesabat verilirdi. Kənd təsərrüfatında əkinin, səpinin, suvarmanın, becərmənin necə getdiyi, məhsulun necə yığıldığı barədə məlumat gəlirdi. Lakin indi bu məsələlərlə heç kəs məşğul olmur, işlər başlıbaşına buraxılmışdır.
Burada kimsə dedi ki, dövlət aparatı çox şişirdilib. Doğrudan da belədir. Nəhəng bir dövlət aparatı var. Nazirliklərin hər birində o qədər adam var ki, onların sayı-hesabı yoxdur. Hamısının avtomaşını da, sürücüsü də var, bir sözlə, hər şeyləri var. Yadımdadır, hələ o vaxtlar, sosializm quruluşu illərində, mənim dövrümdə, yəni 15 il ərzində dövlət aparatında strukturların və işçilərin ixtisarı, minik maşınlarının sayının azaldılması, ümumiyyətlə, dövlət aparatının saxlanmasına ayrılan vəsaitə qənaət olunması haqqında neçə dəfə xüsusi qərarlar qəbul edilmişdır.
Baxmayaraq ki, o vaxtlar indiki kimi nə aclıq, nə də kasadlıq yox idi, hər şey çatırdı, camaat korluq çəkmirdi, yaxşı yaşayırdı, amma iqtisadiyyat hər bir işlə ciddi məşğul olmağı tələb edirdi, iqtisadiyyatda qənaətcilliyin təmin olunması üçün qərarlar çıxarılırdı. Ancaq indi hər şeyi başlı-başına buraxmışıq. Hansı nazirlik özünə nə qədər istəyirsə, ştat düzəllir, kiçicik bir müəssisə özünə ştatlar açır. Halbuki bütün bunlara dövlət büdcəsindən vəsait ayrılır. Hələ onların bir çoxuna avtomaşın, sürücülər də ayrılır. O vaxtlar, sosializm dövründə isə təkcə nazirin fərdi maşını və sürücüsü olurdu.
Doğrudur, indi zaman o zaman deyildir, biz o quruluşdan imtina etmişik, yeni quruluşda yaşayırıq. Amma bu quruluşda da ola bilməz ki, hamının avtomobili olsun, sürücüsü olsun, hamı qapısında qulluqçu saxlasın. Bəziləri hətta özlərinə şəxsi mühafizəçilər saxlayırlar. Mən bilmirəm, bunlar hansı vəsaitə, kimin hesabınadır. Hətta bəziləri yanlarında silahlı adamlar gəzdirirlər. Bəs bunu hansı pulla, hansı vəsaitlə saxlayırlar? Bunu bir adam yoxlamır, bununla bir adam məşğul olmur. İndi biz sərbəstlik vermişik, demokratiya yaratmışıq. Bütün bunlar göz qabağındadır, lazımi tədbirlərdir və biz onları bundan sonra da həyata keçirəcəyik. Amma bu o demək deyil ki, kim nə istəyirsə, onu da edə bilər. Bunların heç birinə yol verilməməlidir, indən sonra da yol verilməyəcəkdir! Bunu bilmək lazımdır.
Lakin iqtisadiyyatımızı nizamlamaq, maliyyə vəziyyətimizi düzəltmək üçün həm sənayedə, həm də kənd təsərrüfatında istehsalla, eləcə də bütün sosial sahələrdə ciddi məşğul olmaq lazımdır. Məsələn, akademik Nadirov çıxış edərək dedi ki, müalicə ocaqlarına girəndən çıxanadək pul vermək lazımdır. Bu nə deməkdir? Səhiyyədə heç belə şey olar? İndi yadıma gəlir ki, biz belə hallara qarşı o vaxtlar - 10 il 15 il bundan qabaq da mübarizə aparırdıq. Çalışırdıq ki, bu mənfi halların kökü kəsilsin. Hərçənd onda vəziyyət indiki kimi deyildi. Xatirimdədir, rüşvətxorluq üstündə bir neçə tibb işçisi cəzalandırılmışdı. Amma indi rüşvətxorluq dəhşətli hal almışdır. Bina dövlətin, aparatlar dövlətin, dava-dərman dövlətindir, müalicənin xərclərini dövlət çəkir. Amma di gəl ki, camaatı soyurlar, pul kimlərinsə cibinə gedir. Bunlar yaramaz hallardır. Buna nəzarət etmək lazımdır. Deməli, Səhiyyə Nazirliyi bu məsələ ilə ciddi məşğul olmalıdır. Başqa nazirliklər də kənarda qalmamalıdır.
Odur ki, Nazirlər Kabinetinin bütün strukturları bu işlərlə ciddi məşğul olmalıdır və bizim Prezident Aparatında da müvafiq strukturlar belə məsələlərə lazımınca nəzarət etməlidirlər.
Bir daha fikrimi bildirmək istəyirəm. Baxmayaraq ki, son illərdə Azərbaycanın iqtisadiyyatına zərbələr vurulub, iqtisadi potensial xeyli dağıdılıb, ancaq mövcud istehsal fondlarından, sənaye və kənd təsərrüfatı, məişət xidməti, ticarət sahəsində və başqa sahələrdəki əsas fondlardan səmərəli istifadə etmək lazımdır. Axı onların hamısını dövlət xalqın vəsaiti hesabına yaratmışdır. Bu, əsas yoldur və hesab edirəm ki, biz burada denüş yarada bilsək, iqtisadiyyatı indiki vəziyyətdən çıxarmaq üçün müəyyən qədər şərait təmin etmiş olarıq. Eyni zamanda biz nəyin bahasına olursa-olsun iqtisadi islahatları həyata keçirməliyik. İqtisadi islahatlarımız ləngiyir. Düzdür, burada belə bir fakir söylədilər ki, biz gərək bu məsələləri əvvəlcə inzibati-amirlik yolu ilə həll edəydik, sonra isə iqtisadi islahatlara keçəydik. Bilirsinizmi, bu proses təxminən 1985-ci ildən gedir: bir tərəfdən, iqtisadiyyata sərbəstlik vermək, islahatlar aparmaq, ikinci tərəfdən isə inzibatiamirlik prinsiplərini saxlamaq prosesi həmin ildən başlanmışdır. İndi artıq 1994-cü ildir və bir ildən sonra həmin prosesin on ili tamam olacaqdır. Lakin o öz nəticəsini vermədi. Yəni bir tərəfdən iqtisadiyyata sərbəstlik vermək, islahatlar keçirmək və eyni zamanda mövcud iqtisadi strukturları, inzibatiamirlik metodlarını saxlamaq bir nəticə vermədi.
Buna görə də məsələni aydınlaşdırmaq lazımdır: Nizam-intizamı möhkəmlətmək, özü də hər yerdə, birinci növbədə isə dövlət orqanlarında möhkəmlətmək gərəkdir, hər bir dövlət orqanı işçisinin məsuliyyətini artırmaq lazımdır. Yoxsa ki, indi dövlət orqanında işləyən adam bu orqandan çox, öz şəxsi məsələləri ilə məşğuldur, özəl bölmə ilə əlaqə yaradır. İndi mən burada soruşdum ki, o banklar haradan yaradılır. Rəsul Quliyev dedi ki, bəzi dövlət adamları gedib dövlətnn hesabına belə banklar yaradırlar. Bu, doğrudan da belədir. Təəssüf ki, son illərdə nəzarətsizlik nəticəsində, dövlət orqanlarında yüksək vəzifələr tutan şəxslərin bir çoxunun dövlət malından, dövlət vəsaitindən istifadə edərək özlərinə şəxsi strukturlar yaratmağa can atması nəticəsində bu cür vəziyyət əmələ gəlmişdir. Lakin biz ayırd etməliyik. Özəl bölməyə inkişaf etmək üçün imkan vermişik və bundan sonra da imkan verəcəyik. Bunun qarşısını heç kəs almamalıdır. Mən bunu qəti şəkildə demişəm və bir da deyirəm. Amma bu adamlar da bilməlidirlər ki, əgər onlar dövlət orqanlarının əməkdaşlarıdırsa, bu orqanlarda da işləməlidirlər. Yox, əgər kimsə dövlət orqanı hesabına gedib bank yaradırsa, yaxud dövlətin vəsaiti hesabına özünə firma açırsa, başqa bir şey yaradırsa, belə hallar yaramaz, biz buna yol verə bilmərik. İndiyədək belə hallar çox olubdur. Elə iqtisadiyyatımız da buna görə dağılıbdır. Vəzifəli şəxslərin əksəriyyəti öz vəzifəsnidən pərdə kimi istifadə edərək, onun vasitəsilə cürbəcür çirkin yollara gedir. Nəticədə isə dövlət qarşısında, xalq qarşısında məsuliyyət yaddan çıxır və hərə öz cibini doldurmaqla məşğul olur. Şübhəsiz ki, biz belə adamlarla, belə hallarla mübarizə aparmalıyıq.
Mən burada bir neçə göstəriş verdim və tələb edirəm ki, bu göstərişlər həyata keçirilsin. Əlbəttə, nizam-intizam da möhkəmləndirilməlidir. Nizam-intizam bazar iqtisadiyyatında da olmalıdır. Bazar iqtisadiyyatının, sərbəst iqtisadiyyatın ən böyük üstüilüyü ondan ibarətdir ki, burada, əvvəla, yüksək səviyyəli mədəniyyət var (mən həqiqi bazar iqtisadiyyatını nəzərdə tuturam), ikincisi isə nizamiitizam, qanunlar var: Qanunsuz olaraq heç kəs heç nə edə bilmir. Əgər kimsə qanundan kənar bir iş görürsə, dərhal onun biləyindəp tuturlar. Buna görə də mən nizam-intizamın möhkəmlənməsini əsas şərt hesab edirəm.
Amma bu, inzibati-amirlik metodlarının yenidən tətbiq olunması demək deyildir. Nizami-itizamın möhkəmləndirilməsi eyni zamanda iqtisadi islahatların həyata keçirilməsi deməkdir. Burada dedilər ki, iqtisadi islahatları nə qədər tez keçirsək, iqtisadiyyatımızda bir o qədər tez müəyyən sabitlik yarada biləcəyik. Başqa yol yoxdur. Əgər kimsə fikirləşir ki, yenidən sosializm quruluşu olacaq, onlar yanılırlar. Bu quruluş bir daha olmayacaqdır. Amma orta bir quruluş da olmayacaq. Bəli, o vaxtlar bəzi adamlar orta bir şey axtarırdılar, yəni nə o tərəf olsun, nə də bu tərəf. Amma bu, baş tutmadı.
Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki, Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha nə bilim nələr var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir verməyibdir. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrı adamların varlanmasına gətirib çıxarmışdır. Əgər onların iqtisadiyyata xeyri dəysəydi, bu müddətdə yeni-yeni müəssisələr tikilərdi. Bəlkə də bir neçəsi olub.
Amma bazar iqtisadiyyatı yolu ilə son illərdə Azərbaycanda kapital qoyuluşu olmayıb, olubsa da təəssüf ki, çox az miqdarda olub. Mən banklar haqqında da dedim. Güman edirəm ki, bu məsələ ilə də məşğul olacaqlar.
Yenə də deyirəm, biz kommersiyanın, kommersiya strukturlarının inkişafına yol açmışıq, bundan sopra da açacağıq. Ancaq gəlin görək, bundan xalqımız, əhalimiz,dövlətimiz nə xeyir götürüb. Mən vergi inspeksiyasından soruşdum ki, birinci rübdə vergi nə qədər olub? Dedi ki, dörd ayda 38 milyard manat. Guya plan yerinə yetirilib. Əvvəllər plan ödənilmirdi. İndi, şükür olsun ki, dörd aylıq plap yerinə yetirilib. Amma, gəlin fikirləşək: Əgər biz sərbəst iqtisadiyyata keçmişiksə, dşrd ayda 38 milyard manaq vergi bugünkü tələblərimizə uyğunmu rəqəmdir? Mən hesab edirəm ki, uyğun deyil. Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik. Verginin həm həcmi ilə, həm də hamı tərəfdən ödənilməsi yolu ilə. Bu barədə geniş danışmaq istəmirəm. Bunların hamısı məlum məsələlərdir. Ancaq onu demək istəyirəm ki, biz bazar iqtisadiyyatını tətbiq edərkən özəl bölməsi olan hər bir strukturun dovlətin qanunlarına, prinsinlərinə müvafiq surətdə fəaliyyət göstərməsinə nəzarət etməliyik. Bu nəzarət təmin olunmalıdır.
Bir sözlə, bizim yolumuz belədir və biz tutduğumuz bu yolla da getməliyik. Tələb edirəm ki, islahatlara dair sənədlər tezliklə hazırlanıb təqdim olunsun və onlara Milli Məclisdə baxılsın. Düzlür, burada çətinliklər olacaq. Ola bilsin ki, daha ağır maliyyə vəziyyətinə və iqtisadi vəziyyətə düşəcəyik. Lakin biz bu mərhələni keçməliyik.
Hazırlanmış fərmanın layihəsi barədə burada müxtəlif fikirlər soylədilər. Mən hesab edirəm ki, fərmandakı müddəaların əksəriyyəti qəbul oluna bilər. Əlbəttə, bugünkü müzakirə ilə əlaqədar mən onu bir daha nəzərdən keçirəcəyəm. Bəlkə də mütəxəssislərlə yenidən kiçik bir müzakirə aparacağam. Lakin bəziləri istəyirlər ki, mən fərmanı bu gün imzalayım. Yox bu gün, şübhəsiz imzalaya bilməyəcəm. Ancaq hesab edirəm ki, fərman tezliklə imzalanacaq və elan olunacaqdır. Fərmanda nə kimi dəyişikliklər ediləcəyi barədə düşünürəm. Mən indi bunu açıb söyləmək istəmirəm.
Qiymətlərin artırılması ilə əlaqədar olaraq bəzi fikirlər söylənildi. Söz yox ki, mən onları nəzərə alacağam. Lakin qiymətlərin qaldırılması lazımdır, bununla bağlı əhalinin bəzi təbəqələrinə kompensasiya verilməsi, onların təmin edilməsi labüdlür. Sonra, Vahid Axundov burada məruzə edərkən dedi ki, cürbəcür güzəştlər var, hansı bir təbəqəsə ictimai nəqliyyatdan pulsuz istifadə edir. Düzdür, bu məsələyə fərmanda toxunulmur. İndi burada təklif verirlər ki, ictimai nəqliyyatdan pulsuz istifadə olunması ləğv edilsin. Odur ki, bu məsələni dəqiqləşdirmək, qısa müddətdə həyata keçirmək lazımdır. Yəni hamı bir olmalıdır, kimə hansı müzəştlər nəzərdə tutularsa, bu güzəştlər kompensasiya yolu ilə verilməlidir.
Müşavirənin axırında bir fikri də hamınıza çatdırmaq istəyirəm. Gəlin, sözdən işə keçək, hərə öz sahəsində ciddi işlə məşğul olsun. Bilmək lazımdır ki, indi respublikamız müstəqil dövlətdir və bütün problemlərimizi ancaq özümüz həll etməliyik. Bu günümüzlə və gələçəyimizlə bağlı bütün problemlərin həlli hər bir vəzifəli şəxsin həm yüksək səviyyədə fəaliyyətindən, həm təşəbbüskarlığından, həm işgüzarlığından, həm də işə sədaqətindən asılıdır. Buna görə də sizin hamınızdan tələb edirəm ki, hər kəs öz vəzifəsində işinə məsuliyyətlə yanaşsın və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışsın. Sağ olun!