Bu müşavirə kənd təsərrüfatı işlərinin gedişinə, xüsusən pambıq yığımı ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunub. Ona görə də biz respublikanın müvafiq nazirliklərinin, komitələrin, baş idarələrin rəhbərlərini, pambıqcılıqla məşğul olan rayonların və əraziləri işğal edilmiş bölgələrin icra hakimiyyəti başcılarını müşavirəyə dəvət etmişik.
Məqsədimiz çox qısa müddətdə, vaxt itirmədən, birinci novbədə pambıq yığımının vəziyyəti və görüləsi işlər haqqında danışmaq, lazımi tədbirlər müəyyənləşdirmək, eyni zamanda kənd təsərrüfatının başqa sahələrində də həyata keçirilməli olan müvafiq tədbirləri müzakirə etməkdir. Çox rica edərdim ki, bu barədə çıxışlar konkret olsun. Çünki indi kənd təsərrüfatı işlərinin çox məsul mərhələsidir. Bu sahədə işlərimiz o qələr də yaxşı getmir, bəlkə də hec yaxşı getmir. Bu müşavirəyə də sizi ona görə toplamışam. Çıxışlar qısa olsun ki, biz fikirlərimizi cəmləyə bilək və rayonlardan dəvət olunmuş adamlar bu gün tezliklə yerlərə qayıdıb işlərini davam etdirə bilsinlər. Çünki vaxt çox azdır, yəni payız mövsümü artıq gəlib catıb, görüləsi işlər isə çoxdur.
Yekun çıxışı
Dediyim kimi, biz bu gün çox qısa bir müddətə toplaşmışıq. Buradakı çıxışlar məsələyə müəyyən aydınlıq gətirir. Ona görə də bu məsələni yekunlaşdırmağa imkan var.
Əvvəla, mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycanda kənd təsərrüfatının böyük potensialı var. Azərbaycan torpağının nəyə qadir olduğunu vaxtilə xalq da görüb, siz də görmüsünüz, biz də görmüşuk. Respublikanın kənd təsərrüfatı potensialından, imkanlarından istifadə etmək bizim, sizin, kənd əhalisinin, bu sahədə çalışan mutəxəssislərin, alimlərin borcudur. Çünki kənd təsərrüfatı məhsulları Azərbaycan əhalisinin ərzaqla, sənayemizin bir çox sahəsinin xammalla təmin olunması üçün lazımdır və biz kənd təsərrüfatının bu imkanlarından səmərəli və maksimum dərəcədə istifadə etməliyik.
Son illərdə gedən proseslər elə bir şəraitə gətirib çıxarmışdır ki, bu imkanların əksər hissəsindən istifadə olunmur. Bir tərəfdən ona görə ki, bu proseslər obyektiv maneçiliklər yaradır, digər tərəfdən ona görə ki, mövcud imkanlar istifadəsiz qalır. Ona görə də biz gərək mövcud imkanlardan bu keçid dövründə istifadə edib, kənd təsərrüfatı məhsullarının artırılmasına hər gün calışaq. Ancaq bizim strateji yolumuz (mən bunu dəfələrlə qeyd etmişəm, bir daha deyirəm) kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar keçirmək yoludur. Bu, vacibdir. Buradakı cıxışlar bir daha sübut etdi ki, heyvandarlıq sahəsində özəlləşdirməni tezliklə aparmaq lazımdır. Biz bunu gərək qarşıdakı payız-qış mövsümündə aparaq. Hec kəs də qorxmasın ki, özəlləşdirməni aparanda geriyə duşəcəyik. Xeyr, bizdən asılı olmayaraq gedən obyektiv proseslər onu göstərir ki, mal-qaranın, iribuynuzlu, xırdabuynuzlu heyvanların sayı ictimai təsərrüfatda azalır, fərdi təsərrüfatlarda isə artır.
Fərdi təsərrüfatlarda heyvandarlığın məhsuldarlığı ictimai təsərrüfatdakından yüksəkdir. Demək, ictimai təsərrüfatda olan mal-qaranı, əsaslı fondları özəlləşdirsək, şübhəsiz ki, yararlı şəkildə özəlləşdirsək, ictimai sektor üçün ayrılan yem sahələrini özəl sektora münasib qaydada verə bilsək və onları müəyyən texnika ilə, ləvazimatla təmin edə bilsək, yaxşı kəndli təsərrüfatları yarada bilsək, heyvandarlıq sahəsində çox irəliyə gedə bilərik. Elə bunun özü Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə təmin edilməsi üçün böyük iş olacaqdır. Bu, kənd təsərrüfatı sahəsində, ümumiyyətlə, iqtisadiyyatda bizim strateji yolumuzdur.
Ancaq bugünkü danışıqlardan və ötən müşavirələrdə, yerlərdə olarkən aparılan söhbətlərdən mən belə qənaətə gəlirəm ki, bu islahatları birinci növbədə heyvandarlıq sahəsində aparmalıyıq. Həmin sahədə məsələ artıq yetişib, bunu gecikdirmək lazım deyil. Həm dövlət müşaviri, həm də Milli Məclisin aqrar siyasət komissiyasının rəhbəri olan Arif Rəhimzadəyə, kənd təsərrüfatı və iqtisadiyyat nazirlərinə və bu işlərlə məşğul olan digər müvafiq nazirliklərə, idarələrə göstəriş verirəm ki, sözdən əmələ, işə keçmək lazımdır.
Sentyabr ayı qurtarır, qarşıda oktyabr, noyabr, dekabr ayları durur. Biz ilin axırınadək bu barədə geniş proqram qəbul etməli, onu həyata keçirməli və bu işi başa catdırmalıyıq.
Kənd təsərrüfatının başqa sahələrində də islahatların aparılması vacib vəzifəmizdir. Burada da gərək lazımi hazırlıq işləri görək ki, özəlləşdirmə vasitəsilə, fərdi sektorun inkişaf etməsi vasitəsilə məhsuldarlığı artıraq. Bu sahədə qabaqcıl texnologiyanın tətbiq edilməsi bizim üçün əsas vəzifələrdən biri olmalıdır. Diqqət verin, Neftçala rayonunda 100 hektar sahədə İsraildən gətirilən pambıq toxumu sortları əkilib. Deyirlər ki, hər hektardan 40 sentner pambıq götüruləcək. Bu qədər məhsul keçən dövrlərdə bizdə, ola bilər, ayrı-ayrı manqalarda götürülürdü. Manqanın da sahəsi 15-20 hektar olurdu. Həmin manqabaşcısı Sosialist Əməyi Qəhrəmanı və digər fəxri adlar alırdı. Şübhəsiz ki, bunlar ədalətli idi. Onların hamısına mən bu gün də təşəkkür edirəm ki, belə qabaqcıl təcrübəni yaratmağa və inkişaf etdirməyə calışıblar, öz xidmətlərini göstəriblər.
Ancaq görun, xırda bir sahədə - 100 hektarda (yeri gəlmişkən deyim ki, biz İsrailin həmin firması ilə danışıqlar apararkən onlar min hektarda pambıq əkmək fikrində idilər) 40 sentner hesabı ilə məhsul götürurlərsə, min hektardan 40 sentner hesabı ilə pambıq bizi nə qədər qabağa salardı. Amma buna manecilik oldu. Yaxşı ki, hec olmasa 100 hektarda əkin aparıldı.
Ona görə də gərək biz qabaqcıl texnologiyanı sürətlə tətbiq edək. Bu, sizin vəzifənizdir.
Kənd Təsərrüfatı Nazirliyinin, rayonların təsərrüfat işçilərinin, kənd rayonları icra hakimiyyəti başcılarının vəzifəsidir. Mən bunu sizin qarşınızda bir vəzifə kimi qoyuram. Bu ilin kənd təsərrüfatı movsumu qurtarır, payız əkini gedir, gələn ilin məhsulu üçün hazırlıq görürüksə, demək, qabaqcıl texnologiyanın harada, necə tətbiq olunacağını təşkil etmək lazımdır. Konkret olaraq kənd təsərrüfatı nazirinə tapşırıram ki, İsrailin həmin firması ilə əlaqələri bərpa edin, yaradın və təkliflərinizi verin. Gələn il təkcə Neftçala rayonunda yox, başqa rayonlarda da bu texnologiya ilə pambıq əkilməsini nəzərdə tutaq, toxum gətirək, əkək. Hər hektardan 40 sentner məhsul almaq görün nə qədər sərfəlidir. Kürdəmir rayon icra hakimiyyətinin başçısı burada çıxış etdi. Həmin rayon 10 min hektar sahədə pambıq əkib, 13 min ton pambıq təhvil verməlidir. Ola bilər ki, Neftçala və Kürdəmir rayonlarının torpaqları arasında fərq var. Ola bilər ki, Kürdəmirdə hər hektardan 40 sentner məhsul götürmək mumkun olmasın, 30 sentner ki, ola bilər. Bu da əsas vəzifələrdən biridir.
Bir halda ki, toplaşmışıq, bir daha demək istəyirəm. Həm də təkcə sizin üçün yox, ümumiyyətlə, kənd təsərrüfatı sahəsində calışan bütün vəzifəli şəxslər üçün, kənd zəhmətkeşləri üçün, kənd təsərrüfatı ilə məşğul olan dövlət orqanları üçün deyirəm ki, kənd təsərrüfatı sahəsində gələcək inkişafımız yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Biz bunu nə qədər tez etsək, o qədər çox nailiyyət əldə edəcəyik. Gecikmək olmaz. Bu, mənim üçün əsas prinsipdir. Mən bu prinsipdən geri cəkilməyəcəyəm. Kim müqavimət göstərmək, yaxud mühafizəkarlıq etmək istəyirsə, biz onlara yol verməyəcəyik.
Pambıqçılıq sahəsində qarşıda hansı vəzifələr durur? Burada bir necə rayonun icra hakimiyyəti başcıları çıxış edib dedilər. Görünür, onlar işi yaxşı təşkil ediblər. Bəziləri hətta planı 50 faiz yerinə yetiriblər. Bu sahədə ümumi vəzifə ondan ibarətdir ki, pambıq yığımının sürəti zəifdir və bu sürəti artırmaq lazımdır. Pambıqçılıqda işləyən adamlar bilirlər, pambıq yetişəndən, qozalar açılandan sonra onu nə qədər tez yığsan, məhsul da bir o qədər çox olacaq. Bunu üzün illərin təcrübəsi göstərmişdir. Xatirinizdədir ki, əvvəllər biz pambığın əksəriyyətini sentyabrda yığırdıq, oktyabrın 20-25-dək çox az bir hissəsi qalırdı. Təəssüf ki, indi o təcrübə müəyyən qədər itirilib. Amma bizim təcrübəli pambıqçılarımız yenə də var. Kənd zəhmətkeşləri yaxşı işləyirlər. Onları yaxşı işlətmək mümkündür.
Burada hamı etiraf etdi ki, yığılan pambıq üçün hər həftənin axırında əmək haqqı verilməsi barədə qərarımız yaxşı zəmin yaradıbdır. Ancaq bundan istifadə etmək lazımdır. Pambığın həm maşınla yığılması təmin edilməlidir, həm də əllə yığılması üçün indi qüvvə var. Xatirinizdədir ki, vaxtilə biz şəhərdən, universitetlərdən, institutlardan tələbələri cəlb edirdik. İndi pambıqçılıq rayonlarında nə qədər işsiz qaçqınlar var. Onlar həm pambıq yığaraq işləyəcəklər, həm də pul qazanacaqlar.
İndi burada dedilər ki, qaçqınların bir hissəsi pambıq yığımına cəlb edilib. Amma mən görürəm ki, onların çox hissəsi bu işə cəlb olunmayıb.
İşğal olunmuş ərazilərin başçıları da bu müşavirədə iştirak edirlər. Biz onları ona görə dəvət etmişik ki, qaçqınların məskunlaşdıqları yerlərdə iş aparmalı və qaçqınları əmək fəaliyyətinə cəlb etməlidirlər. Bu əmək fəaliyyəti isə kənd təsərrüfatı işləri - pambıq yığımı və digər işlərdir. Qaçqınlar bu işlərə nə qədər çox cəlb edilsələr, əməklə məşğul olacaq, boş qalmayacaqlar, digər tərəfdən isə, yenə deyirəm, pul qazanacaqlar. Mən pambıqçılıq rayonlarının icra hakimiyyəti başçılarından, işğal olunmuş ərazilərin rayon icra hakimiyyəti rəhbərlərindən tələb edirəm ki, bu işi sürətləndirsinlər. Ayın axırına doqquz gün vaxt var. Sentyabrın axırınadək biz ümumi planın 60-70 faizinin ödənilməsini təmin etməliyik.
Bilirsiniz ki, iqtisadiyyatımız, o cümlədən sənayemiz, ağır vəziyyətdədir. Əhalini təmin etmək üçün bizə ərzaq və valyuta lazımdır. Valyuta mənbələrimizin əsaslarından biri də pambıq məhsuludur. Biz nə qədər çox pambıq əldə etsək, valyuta gəlirimiz də o qələr artacaq, bununla da əhalini ərzaqla təmin edə biləcəyik.
Bir məsələni bir daha xatırladıram. Sizə məlum olan fərmanım əsasında, yığılan və xaricə valyutaya satılan pambıqdan alınan gəlirin 35 faizi müvafiq təsərrüfatlara, Kənd Təsərrüfatı Nazirliyinə catır. Kənd təsərrüfatı naziri burada bildirdi ki, satılan pambıqdan valyuta gəlir və bundan sonra da gələcəkdir. Təəssüf ki, bu il pambığın xaricə satılmasında çoxlu nöqsanlara yol verildi. Ona görə də pambığın satışı və göndərilməsi gecikdirildi. Bu nöqsanlardan ciddi nəticə çıxarmaq lazımdır. Gərək bunlar bir daha baş verməsin.
Burada borclardan danışıldı. Göstərildi ki, pambıq zavodlarının, kolxozların nə qədər borcu var, nə qədər maşınlar, ehtiyat hissələr, gübrə almaq lazımdır. Bunlar hamısı zəruridir. Torpaqlar şoranlaşır, onları sağlamlaşdırmaq vacibdir. Bunların hamısı üçün bizə vəsait, ən əvvəl, sərbəst dönərli valyuta lazımdır. Valyutanı isə birinci növbədə pambıqdan alırıq. Ona görə də mən işin gərgin vaxtında (bilin ki, mən iki gündən sonra xaricə gedəcəyəm, o qədər görüləsi işlər var ki) bu gün burada pambıqçılıq rayonlarının rəhbərləri ilə görüşməyi çox vacib, zəruri bildim, sizi buraya dəvət etdim. Sentyabr ayı üçün planımda var idi ki, kənd təsərrüfatı rayonlarında, pambıq becərən, istehsal edən rayonlarda olum. Bilirsiniz ki, ötən vaxtlarda tez-tez bu rayonlarda olurdum, pambıqcılarla görüşürdüm, məsələləri yerində həll etməyə çalışırdım. Bu təcrübəni davam etdirmək istəyirəm. Ancaq indi siz görürsünüz ki, ölkəmizin düşdüyu bu vəziyyət, respublikanın müharibədən cıxması ilə əlaqədar lazımi tədbirlər, xarici siyasətimizlə bağlı olan işlər mənə bir dəqiqə də imkan vermir. Məsələn, nə qədər çalışdım ki, sentyabrın əvvəlində hec olmasa bir-iki gün vaxt tapım, pambıq istehsal edən rayonlara gedim, ancaq qarşıya cıxan məsələlər bu planları pozdu. Ona görə də mən sizi buraya dəvət etdim. Çünki vaxt yoxdur. Dediyim kimi, iki gündən sonra xaricə gedirəm, Sizə deyirəm, sizdən tələb edirəm, xahiş edirəm, kənd zəhmətkeşlərinə, xüsusən pambıqyığanlara çatdırın ki, indi, sentyabrın axırınadək ən həlledici mərhələdir. Şübhəsiz ki, oktyabrın birinci mərhələsi də həlledicidir. Bu müddətdə pambıq yığılmalıdır.
Burada verilən məlumatlar, məndə olan arayışlar göstərir ki, bu il bol məhsul yetişdirilibdir. Bu məhsul tarladadır, onu yığıb anbarlara, zavodlara təhvil vermək lazımdır. Həmin məhsul emal olunmalı və Azərbaycan Respublikasının iqtisadiyyatına mənfəət gətirməlidir. Vəzifə bundan ibarətdir ki, pambıq yığımının sürəti artırılsın; yığıma əlavə adamlar cəlb olunsun, maşınlardan daha səmərəli istifadə edilsin, sentyabrın axırınadək nəzərdə tutulan planın 60-70 faizi təmin olunsun, oktyabrın 15-dək isə qalan məhsulun əsas hissəsi toplansın.
Burada verilən məlumatlardan mən belə başa düşürəm ki, planı yerinə yetirməyə, bu il 400 min tondan çox məhsul toplamağa imkanımız var. Buna nail olmaq lazımdır. Bilin ki, əgər həmin məhsulu əldə edə bilsək, bu, Azərbaycanın iqtisadiyyatına çox böyük kömək olacaqdır.
Kənd təsərrüfatının başqa sahələri barədə. İndi üzüm yığılır. Doğrudur, üzümçülük rayonlarının icra hakimiyyəti başçılarını buraya dəvət etməmişik. Mən bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin, komitələrin və bu işlə məşğul olan idarələrin rəhbərlərinə, eyni zamanda kənd təsərrüfatında çalışan vətəndaşlara, vəzifəli şəxslərə çatdırıram ki, üzüm yığımının sürətini artırmaq lazımdır. Təəssüf ki, üzüm məhsulu bu il istədiyimiz səviyyədə deyildir.
Təsəvvür edin, vaxtilə ildə 1 milyon 700 min, 1 milyon 800 min, hətta 2 milyon ton üzüm istehsal olunan Azərbaycan torpağında bu il 350-400 min ton üzüm istehsal etmək nəzərdə tutulur. Görün biz nə qədər geri düşmüşuk. Görün son illər gedən proseslər, xüsusilə 1985-ci ildə üzümçülüyə vurulan zərbələr Azərbaycan xalqına nə qədər böyük zərər gətirdi. Ancaq bunlara baxmayaraq, bar verən üzüm bağlarımız çoxdur. Yetişmiş üzüm qısa vaxtda yığılıb təhvil verilsə, mən belə hesab edirəm ki, bu il 400 min tona qədər məhsul toplamaq olar. Hər halda mən verilən arayışlardan bunu görürəm. Ona görə də bir daha deyirəm ki, üzüm yığımını sürətləndirmək lazımdır. Kənd Təsərrüfatı Nazirliyi, rayon icra hakimiyyəti başcıları bu işlə ciddi məşğul olmalıdırlar və məhsul vaxtında toplanmalıdır.
Burada məsələ qaldırıldı ki, kənd təsərrüfatı işlərinin gedişi, üzüm, pambıq yığımı ilə əlaqədar kənd zəhmətkeşlərinə lazımi kömək göstərmək lazımdır. Bu, həqiqətdir. Respublikanın səhiyyə, ticarət nazirliklərinin, başqa nazirliklərin, Azərİttifaqın nümayəndələri gərək ilin bu mövsümündə tarlada, qızğın iş gedən yerlərdə olsunlar, kənd əməkçilərinin ehtiyaclarını ödəmək üçün lazımi tədbirlər görsünlər, işin sürətlə getməsinə imkan yaratsınlar. Əlaqədar nazirliklərin, idarələrin rəhbərləri də müşavirəyə elə bununla əlaqədar dəvət ediliblər. Mən sizdən tələb edirəm ki, bu işlərlə ciddi məşğul olasınız. Bir dövlət adamı, vətəndaş kimi bilməlisiniz ki, indi tarlalarda, kənd rayonlarında gedən işlərə kömək etmək ümumi iqtisadiyyatımızın inkişaf etməsinə, gözlənilən nəticələrin əldə olunmasına əsas yaradır. Ona görə də bir daha tələb edirəm ki, bu işlərlə ciddi məşğul olasınız.
Burada deyildi ki, pambıq yığımına vəsait ayrılıb, lakin üzüm yığımına belə vəsait ayrılmayıb. Hesab edirəm ki, bu məsələ həll olunmalıdır. İqtisadiyyat, maliyyə nazirləri fikirləşsinlər görək nə etmək lazımdır ki, üzüm yığımına da vəsait ayıraq, üzümçülər həvəslənsinlər. Ancaq kənd təsərrüfatına ayrılmış 30 milyard manatın məgər hamısı pambıqçılıq üçündur? (Bu barədə kənd təsərrüfatı naziri məlumat verdi). Yaxşı, əgər 30 milyarddan 5 milyardı üzümçülüyə ayrılıbsa, onu nə üçün saxlayırsınız və kim saxlayır? Mən Milli Banka da, Maliyyə Nazirliyinə də göstəriş verirəm ki, kənd təsərrüfatına ayrılmış 30 milyard manat verilməlidir və üzümçülük üçün də şərait yaradılmalıdır. Kənd təsərrüfatı ilə məşğul olan adamlar bilirlər ki, yığım zamanı pambıq bəlkə də bir neçə gün gecikə bilər. Amma üzümu yetişən kimi yığmasan, o, batıb gedəcək. Bunu bilmək lazımdır. Məsələlər həll edilməlidir. Tapşırıram ki, siz bu məsələni bir-iki günün içərisində həll edəsiniz və bu işi ləngitməyəsiniz. Əgər məsələnin həlli ləngisə, mənə dərhal xəbər verin.
Taxıl səpini məsələsi. Mənə məlumat verdilər ki, istənilən qədər toxum var. Catışmayan 20 min ton toxumu almaq üçün də biz vaxtilə vəsait ayırdıq (prezidentə məlumat verildi ki, dünən bu barədə qərar qəbul edilmişdir). Axı bu qərarın qəbul edilməsi barədə biz 15-20 gün bundan qabaq söhbət etmişik və göstəriş də vermişik. Bəs bu qərar nə üçün gecikib və niyə dünən qəbul olunub? Məsələni süründürmək, gecikdirmək nəyə lazımdır? Biriniz deyirsiniz ki, muqavilə yoxdur, o biriniz deyirsiniz ki, muqavilə var, Catışmayan cəhətlər olubsa, bunları həll edin. Axı toxum lazımdır. Əkin getməlidir. Bilməlisiniz ki, indi itirilən hər gün bizə nə qədər ziyandır. Bir sözlə, payız əkini gərək lazımi səviyyədə getsin. Bu barədə biz dəfələrlə söhbət aparmışıq. Bu gün bir daha deyirəm, sizin üçün, kənd təsərrüfatında calışanlar, taxlcılıqla məşğul olanlar üçün deyirəm - taxıl səpini keyfiyyətli olmalı, yaxşı toxumlarla aparılmalıdır ki, gələn il də yaxşı məhsul əldə edilsin. Çünki görürsünüz ki, əhalini çörəklə təmin etmək üçün nə qədər çətinliklər cəkirik. Taxıl istehsalı bizim üçün əsas sahədir. Nə qədər çox taxıl istehsal etsək, kənardan da o qədər taxıl alınmasını ixtisara salsaq, vəsait səefini azaldacağıq. Ona görə də bu işlərlə ciddi məşğul olun.
Mən burada çıxış edənlərlə apardığım söhbətlərdə heyvandarlıq barədə öz fikirlərimi dedim, bir daha təkrar edirəm: heyvandarlıq sahəsində ciddi işlər görmək lazımdır ki, ilin qalan aylarında məhsuldarlıq artsın. Ümumiyyətlə, heyvandarlıq sahəsində islahatlar aparıb bu sahəni yeni mərhələyə çıxarmaq zəruridir. Bununla ciddi məşğul olmaq lazımdır.
Kənd təsərrüfatının başqa sahələrində - tərəvəzçilik, meyvəçilik, tütünçülük sahəsində də geniş imkanlarımız var. Bu imkanlardan səmərəli istifadə etmək lazımdır. Bütün məhsulu yığıb gələn ilin məhsulu üçün lazımi işlər görülməlidir.
Güman edirəm ki, bu gün burada gedən söhbətləri yerlərə catdıracaqsınız. Biz kənd təsərrüfatında işlərin sürətlənməsinə nail ola bilərik və nail olmalıyıq.
Bir neçə kəlmə də başqa bir mövzu haqqında demək istəyirəm. Keçən gecə Azərbaycanda ağır bir hadisə, böyük cinayət baş vermişdir. Mühakimə altında olan dörd nəfər müttəhim, məhbus, görünür, müəyyən qüvvələrin təxribatı nəticəsində Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından çıxarılıb və yox olub. Bunlar Rəhim Qazıyev, Əlikram Hümbətov, Baba Nəzərli (keçmişdə müdafiə nazirinin muavini olub) və Arif Paşayevdir (deyilənə görə o, AXC-nin uzvu olub, Lacın rayonunun əldən getməsində günahdandırılır). Bilirsiniz ki, Rəhim Qazıyevin və 30 nəfərə qədər bir qrup adamın məhkəmə prosesi gedir. Əlikram Hümbətovun cinayətləri sizə məlumdur. Onun istintaqı bir necə aydır ki, qurtarıb. İş ali məhkəmədədir, orada öyrənilir. Bu günlərdə məhkəmə prosesi başlanmalı idi. Görünür, belə bir cinayəti düşmən qüvvələr, Azərbaycanda bu sabitliyi pozmağa calışan, təxribatlar aparmaq istəyən qüvvələr ediblər. Mən bu gün bu barədə müşavirə keçirdim. Biz bu məsələni müzakirə etdik. Hüquq-mühafizə orqanlarına lazımi göstərişlər verilmişdir.
Bu axşam mən televiziya ilə tək bu məsələ barədə yox, ümumiyyətlə, son vaxtlar respublikamızda gedən bəzi proseslərlə əlaqədar çıxış edəcəyəm, danışacağam. Ancaq fürsətdən istifadə edib sizə demək istəyirəm ki, belə bir cinayət baş verib, dövlətciliyimizə qarşı xəyanət aksiyası həyata keçirilib. Respublikamıza düşmən olan qüvvələr artıq özlərini göstərirlər və böyük bir cinayət ediblər. Hec təsadüfi deyildir ki, xarici ölkələrin neft şirkətləri ilə müqavilə bağlanandan bir gün sonra belə böyük cinayət baş vermişdir. Şübhəsiz ki, bu cinayətin arxasında müəyyən qüvvələr durur. Bu, Azərbaycanın daxilində olan, onun müstəqilliyinə, dövlətçiliyinə təcavüz edən qüvvələrdir. Bu cinayətin arxasında Azərbaycanın xaricində olan qüvvələr də durur. Ancaq onlar da, o birilər də, digərləri də, siz də və başqaları da bilsinlər ki, Azərbaycanın müstəqilliyini heç bir yolla, heç bir vəchlə əlindən almaq olmaz, Azərbaycanın dövlətçiliyini heç bir vasitə ilə pozmaq olmaz. Biz Azərbaycanda demokratik hüquqi dövlət qururuq, müstəqil Azərbaycan Respublikasının dövlətciliyini yaradırıq, inkişaf etdiririk, ordu qururuq. Dörd aydan artıqdır ki, atəşin dayandırılmasına nail olmuşuq. Sülh danışıqları aparırıq. Gorünür, bu qüvvələr həm atəşin dayandırılmasını istəmir, müharibənin yenidən başlanmasını arzulayırlar, həm də daxili sabitliyi pozmaq istəyirlər. Ancaq biz bunların hec birinə yol verməyəcəyik. Hüquq-mühafizə orqanları bu işlə məşğuldurlar. Lakin mən icra hakimiyyəti başcılarına da göstəriş verirəm və onlardan tələb edirəm ki, öz ərazilərində bu məsələlərlə ciddi məşğul olsunlar, ümumiyyətlə, cinayətkarlığa qarşı mubarizəni gücləndirsinlər və xüsusən bu cinayətkarların axtarılıb tapılması üçün hərə öz rayonu ərazisində lazımi tədbirlər görsün.
Bilirsiniz ki, son vaxtlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən başqa qüvvələr də var. Bəzi yerlərdə, bəzi rayonlarda mitinq etmək istəyirlər. Bakıda da mitinq keçirmək istəyirlər. Mən soruşmaq istəyirəm: bu mitinqlər nədən ötrüdur, nə üçündur? Bu mitinqləri kimlər edir? Azərbaycan Respublikasının ağır vəziyyətində onların ölkəni idarə etməyə, yaxud respublikanın bu çətin problemlərini həll etməyə imkanı varmı? Kimdir onlar? Azərbaycanın dövlətçiliyini qorumaq üçün biz belə cinayət hallarına yol verməyəcəyik. Sizə də tapşırıram ki, Azərbaycan Respublikasının dövlət mənafelərini müdafiə etmək üçün hərəniz öz rayonunuzda lazımi tədbirlər görəsiniz. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən hər bir kəs lazımi qiymətini almalıdır və ona qarşı zəruri tədbir görülməlidir. Bizim məqsədimiz Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq, müharibəyə son qoymaq, sülh yaratmaqdır. Bunun üçün də lazımi tədbirlər görülub, indən sonra da görüləcəkdir. Mən sizi də dəvət edirəm və sizdən də tələb edirəm ki, bu proseslərin iştirakçısı olasınız və bizə mane olan qüvvələrin, ünsürlərin, qrupların qarşısını alasınız, lazımi tədbirlər görəsiniz. Siz dövlət adamlarısınız, dövlətə xidmət edirsiniz. Dövlət tutduğunuz vəzifələrdə hər birinizə etimad göstərib. Ona görə də sizdən bu vəzifələri layiqincə yerinə yetirməyi tələb edirəm. Bununla da gəlin bu söhbətimizi qurtaraq. Sağ olun.