Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Metro" Beynəlxalq Assosiasiyasının üzlərini qəbul edərkən söhbətindən - 7 noyabr 2002-ci il


Heydər Əliyev: ... Azərbaycanda metropoliten tikintisinin bünövrəsi 1940-cı illərdə qoyulsa da, metro inşası 1970-1980-ci illərdə xüsusilə intensiv inkişaf etmişdir. Ölkəmiz çoxdan gözlədiyi müstəqilliyə qovuşandan sonra şəhər təsərrüfatı üçün mühüm infrastruktur olan metro böyük rol oynayır. Metropolitenin yaradılması böyük məbləğdə vəsait qoyulmasını təldəb edir, buna görə də Azərbaycana qonşu olan ölkələrin bəzisində bu nəqliyyat növü indiyədək öz inkişafının başlanğıc mərhələsindədir. Məhz buna görə də mən bu hadisənin qeyd olunmasını lazım bildim, çünki 35 il az müddət deyil və bu müddət ərzində böyük işlər görülmüşdür. İndi Bakını əla fəaliyyət göstərən metropolitensiz təsəvvür etmək çətindir. Hərçənd mövcud olduğu müddət ərzində Bakı Metropoliteni Ermənistanın xüsusi idarələri tərəfindən törədilmiş iki dəhşətli terror aktına məruz qalmışdır. Ermənilərin əlaltılarının - "Sadval" təşkilatından cəlb etdikləri şəxslərin, 1994-cü ilin martında törətdikləri cinayət nəticəsində 14 adam həlak olmuşdur. Lakin 1994-cü ilin mayında atəşkəs haqqında saziş əldə olunmasına baxmayaraq, elə həmin ilin yayında Bakı metrosunda daha bir terror aktı törədilmişdir. Ermənistanın xüsusi idarələrinin planı əsasında həyata keçirilmiş bu cinayətin təşkilatçısı Azərbaycan Ordusunun döyüş əməliyyatları zamanı əsir düşmüş keçmiş hərbi qulluqçusu olmuşdur, ermənilər onu öz tərəflərinə cəlb etmişdilər.

Həmin şəxs əsir düşdükdən sonra müxtəlif işgəncələrə məruz qalmış, onu ölümlə hədələmişlər. Ermənilər ona Bakı metrosunda təxribat törətmək tapşırığı vermişlər. O, razı olmuşdur, buna baxmayaraq, cinayətin sifarişçiləri onun anasını Gürcüstan vasitəsilə Dağlıq Qarabağa çağırmış və oğluna nə kimi təklif edildiyini bildirmişlər. Nəticədə o da razılaşmışdır. Qadının evə qayıtması üçün belə bir şərt qoyulmuşdur ki, oğlu bu terror aktını törətməlidir. Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində o adam yaxalanmışdır və hazırda cəzasını çəkir.

... Ermənilərin xüsusi idarələri terrorizmlə məşğul olmuşdur və indi də olmaqdadır. İndi bütün dünya beynəlxalq terrorizmlə mübarizə apardığı bir vaxtda mən Bakıda baş vermiş iki konkret hadisəyə istinadən bu barədə danışmağı zəruri hesab etdim.

Erməni terrorçuları 1978-ci və 1986-cı illərdə Moskva metrosunda da iki dəfə terror aktı törətmişdilər.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf