Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Radioquraşdırma İstehsalat Birliyinin Bu müəssisələrin hamısının yaranmasında mənim iştirakım olub. Bu gün mən bunların hamısının yüksək səviyyədə olduğunu görəndə daha da sevinirəm. Radio zavodu 60-cı illərdə yaranıb. O vaxt burada çox primitiv, xırda radioqəbuledici istehsal edilirdi, adı da "Xəzər" idi.
Bakı radiostansiyasından başqa bir yeri tutmurdu. 70-ci illərlə biz bu zavodları, o cümlədən radio-quraşdırma zavodunu müasirləşdirmək üçün çox işlər gördük. Ümumiyyətlə, respublikada radiotexnika sənayesini həmin illərdə çox geniş inkişaf etdirdik. Bu sahədə Radioquraşdırma Birliyinin xüsusi yeri vardır. İndi burada rəngli televizor, əhali üçün lazım olan digər məişət avadanlığı istehsal olunur ki, bunlar da respublikamıza çox lazımdır. Həm də bu, bizim mühəndislərin, texniklərin, mütəxəssislərin səviyyəsinin yüksəldiyini göstərir. Bunlar məni sevindirir.