Beynəlxalq Valyuta Fondunun icraçı direktoru cənab H.Köhlerə - Bakı şəhəri, 27 mart 2000-ci il


Hörmətli cənab Horst Köhler!

Sizi Beynəlxalq Valyuta Fondunun icraçı direktoru təyin olunmağınız münasibətilə təbrik edir və yeni fəaliyyətinizdə uğurlar diləyirəm.

Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə sıx işgüzar əməkdaşlıq əlaqələri vardır. Beynəlxalq Valyuta Fondu ölkəmizdə həyata keçirilən iqtisadi islahatları dəstəkləmiş və bu sahədə öz dəyərli məsləhət və tövsiyələrini vermişdir. Güman edirəm ki, bundan sonra da Beynəlxalq Valyuta Fondu ilə əlaqələrimiz daha da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizinlə yaxın vaxtlarda görüşməyə və BVF ilə Azərbaycanın gələcək əməkdaşlığının istiqamətlərini müzakirə etməyə ümid bəsləyirəm. Sizi münasib vaxtda Azərbaycana dəvət edirəm. Səmimiyyətlə, Sizin

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.